İmam Əlinin (ə) tarixə verdiyi həyati əhəmiyyət
Mьəllif: admin1
Tarix: 25-01-2024, 12:17
İmam Əlinin (ə) tarixə verdiyi həyati əhəmiyyət
Qiymətli Nəhcül-Bəlağə əsərində (13-cü məktub) İmam Əlinin (ə) oğlu İmam Həsənə tövsiyələri çərçivəsində tarix haqda maraqlı və ibrətli kəlamlar yer alıb.

İmam buyurur:

“Ey mənim oğlum! Mən özümdən öncəkilər qədər yaşamasam da, onların işlərinə nəzər saldım və barələrində gələn xəbərlər haqda düşündüm, qoyub getdiklərini bir seyr etdim. O yerə qədər ki onlardan biri oldum.

Onlardan mənə çatanların sayəsində özümü elə gördüm ki elə bil onların ömrünün əvvəlindən sonuna qədər onlarla birgə olmuşam. Onların həyatının şirin anlarını çətin anlarından ayırıb tanıdım.

Faydalı və ziyanlı həyatları ilə aşina oldum. Onun (tarix) hər mühüm və dəyərli tərəfini və hər gözəl və şirin hadisələrini sənin üçün çıxarıb ortaya qoydum. Onun məchul və naməlumlarını (şübhəli və qaranlıqlı məqamlar) səndən uzaq tutdum.

Övladı üçün yaxşılıq istəyən mehriban bir atanın əməli kimi mən də səni onun (tarixin) yaxşılıqları ilə tərbiyələndirmək istədim. Sən indi həyatın əvvəlindəsən. Yenicə rizigarla üzləşirsən, sağlam niyyət və səfali mənəviyyatın var.”

İmam digər bir məktubda tarixdən ibrət götürmək haqda belə nəsihət edir:

“Gəlib keçmişlərlə, hələ bundan sonra gələcək işlər üçün istidlal et! (gələcəyə keçmişdən misal gətirərək istidlal et!) Çünki işlər hamısı bir-birinə bənzəyir.

Yalnız çətinliklər olanda ibrət götürən insanlardan olma! Ağıllı insan ədəblənməklə (bərkə boşa düşməklə) ibrət alar. Amma heyvanlar yalnız vururmaqla ibrət alır.” (Nəhcül-Bəlağə, məktub- 467)

İmam digər bir nəsihətində buyurur:

“Keçmişlərin işindən ibrət alan bəsirətli olar. Bəsirətli və gözüaçıq olan anlayar, anlayansa bilər”

(Nəhcül-Bəlağə , məktub-208)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930