Kişilərin yaxşı həyat yoldaşı olmasına yardım edən 6 nöqtə
Mьəllif: admin1
Tarix: 22-04-2020, 23:06
Kişilərin yaxşı həyat yoldaşı olmasına yardım edən 6 nöqtə
O zaman ki, kişi ailə qurar, onun məsuliyyətlərini öhdəsinə götürər, artıq təkcə özünü düşünməz. Çünki artıq həyat yoldaşının da ehtiyaclarını və istəklərini düşünməlidir.
Psixoloqlar kişilərə yaxşı həyat yoldaşı olmağın 6 yolunu tövsiyə edirlər ki, onlarla tanış olaq:

1. Yaxşı qulaq asmağı bacarın. O zaman ki, həyat yoldaşınız sizin yanınızda əyləşər və sizə öz çətinliklərindən danışar, ona o dəqiqə cavab verməyə tələsməyin. O, istəyir ki, siz ona diqqət edəsiniz. Onun sözlərinə diqqət etmək və qulaq asmaq, onun qəlbində səmimiyyət toxumlarını əkər. Siz onun üçün vəkil, həkim deyilsiniz, bəlkə həyat yoldaşınızın sizdən istədiyi budur ki, onun sözlərinə qulaq asıb, həll yollarını təklif edəsiniz.

2. Hörmət etmək. Yaxşı həyat yoldaşının ən bariz sifətlərindən biri budur ki, xanımına hörmət edər və xoş dəqiqələrini onun yanında keçirtməyə çalışar. Kişinin qadına hörmət etməsi odur ki, bacardığı qədər onu təhqir və məzəmmət etməkdən çəkinər. Onu bişirdiyi yeməklərə, ev təmizliyinə görə danlamaz. Onun eybini tutmaq səmimiyəti aradan aparar. Onlar özlərini sizin yanınızda uşaq kimi hiss edərlər. Çünki hər bir sözünü və rəftarını təhqir edirsiniz. Bu, müştərək həyatda olan təhlükəli bir zəhərdir.

3. Yersiz hökm verməkdə çəkinin. Yersiz hökm verməklər müştərək həyatın rabitəsinə ziyan vurar. Heç kəs bədbin bir insanla yaşamaq istəməz. Əgər siz həyat yoldaşınızın hər hərəkətindən yanlış nəticələr çıxardırsınızsa, bilin ki, bu ailə həyatı çox sürməyəcəkdir. Sizin ailəniz məhkəmə salonu deyildir.

4. Həyat yoldaşınızla söhbət etməyi bacarın. Qadınlar elə həssas varlıqlardır ki, onların qarşı cinslə söhbət etməyə ehtiyacları vardır. Bu cür aram və sakit olarlar. Ona görə də gün ərzində müəyyən vaxtınızı onlara ayırın və onlarla şirin söhbətlər etməyə çalışın.

5. Şəxsi ehtyaclarınızı ailə həyatına qarışdırmayın. Ailə quran insan üçün gərək “mən” kəlməsi olmasın. İnsan ailə quran kimi özünü unutmalıdır, ancaq öz ehtiyaclarını düşünməməlidir. O zaman ki, kişi öz çatışmayan şəxsi ehtiyaclarını xanımının üstünə atar və onu günahlandırar, müştərək ailə həyatının bünorəsini titrətmiş olar.

6. İşgüzar olun. Qadınlar işgüzar kişiləri sevirlər. Həyat yoldaşınıza hiss etdirin ki, siz də çalışqan və işgüzarsınız. O zaman ki, özünüzü tənbəl göstərirsiniz, onun gözündə alçalırsınız. Həyat yoldaşınız sizi yaxşı ər kimi qəbul edə bilmir. Məsuliyyət hissiniz olmadığına görə sizə təşəkkür edə bilmir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031