Qurani-Kərimdə möminin xasiyyəti
Mьəllif: admin1
Tarix: 2-12-2022, 11:01
Qurani-Kərimdə möminin xasiyyəti
Allah Təala Qurani-Kərimdə möminin xasiyyətləri barədə bunları buyurur:

1-Onlar yer üzündə təvazökarlıqla gəzərlər. Furqan/63.

2-Onlar qəzəblərini boğarlar və insanları bağışlayarlar. Ali-İmran/134.

3-Onlar boş şeylərdən üz çevirərlər. Muminun/3

4-Onlar ata-anaya of belə deməzlər. İsra/23

5-Onlar namazlarını xüşu içində və doğru qılarlar. Muminun/2

6-Onlar tənə edənlərin tənəsindən heç zaman qorxmazlar. Maidə/54

7-Onlar verdikləri sözlərində durarlar. Bəqərə/177

8-Onlar Rəsulları bir-birindən ayırd etməzlər. Bəqərə/136.

9-Onlar cahillərlə əsla mübahisə etməzlər. Furqan/63

10-Onlar iffətlərini qoruyanlardır. Muminun/5

11-Onlar zəkatı verənlərdir. Muminun/4

12-Onlar Allahın adı çəkiləndə qəlbləri titrəyər. Həcc/35

13-Onlar bolluqda və darlıqda mallarını Allah yolunda xərcləyərlər. Ali-İmran/134.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930