Həzrət Nuhun (ə) zamanında uşaqlar və günahsızlar suda qərq olmuşdurlarmı?
Mьəllif: admin1
Tarix: 16-02-2022, 11:04
Həzrət Nuhun (ə) zamanında uşaqlar və günahsızlar suda qərq olmuşdurlarmı?
Əbdulsəlam ibni Saleh Hərəvi nəql edir: “İmam Rzadan (ə) soruşdum: “Niyə Allah Nuhun (ə) zamanında bütün dünyanı suya qərq etdi, halbuki insanların içində uşaqlar və günahsızlar da vardı?”.

Həzrət (s) buyurdu: “Qərq olanların arasında nə uşaq vardı və nə də günahsızlar.

Uşaqlar ona görə yox idi ki, Allah Təala qərq olmazdan 40 il əvvəl Nuh qövmünü sonsuz etmişdi, ona görə də qərq olan zaman uşaq yox idi.

Günahsız yox idi ona görə ki, Allah Təala heç bir günahsızı əzabı ilə həlak etməmişdir.

Qərq olanlar iki dəstə insanlar idilər:

1. O kəslər ki, peyğəmbərlərini inkar etmişdilər.

2. O kəslər ki, inkar edənlərlə razı idilər, baxmayaraq ki, zahirdə inkar etmirdilər.

Bu yolla hər ikisi də günahkar hesab olunur””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031