Alim atəşi necə ram etdi
Mьəllif: admin1
Tarix: 11-03-2017, 21:23
Alim atəşi necə ram etdi
Mərhum Ayətullah Əraki buyurur: “Mərhum Molla Muhəmməd Kəbirin Ərakda bir tikə torpağı var idi ki, orada əkin-biçinlə məşğul olurdu. Ailəsini onun qazancı ilə dolandırırdı.
O zaman ki, buğdanı toplayırlar və taya düzəldirlər, bir nəfər bilərəkdən və ya səhvən atəş yandırır və bu tayaları od alır. Tayalar da bir-bir yanmağa və külə çevrilməyə başlayır.
Bir nəfər Molla Muhəmməd Kəbirin yanına gəlib deyir: “Niyə oturmusan? Sənin də tayana od düşəcəkdir!”. Alim bu sözləri eşidən zaman əbasını geyinir və Quranı götürüb, sürətlə əkin sahəsinə tərəf gedir. Oda xitab edərək, deyir: “Ey atəş! Bu, mənim ailəmin çörəyidir. Səni bu Qurana and verirəm ki, bu tayaya hücum etməyəsən”.
Od bütün tayaları külə çevirmişdi, ancaq bu taya sağlam qalmışdı. Hər kəs gəlir və tayanı görüb təccüblənirdi.
Bu alim Həzrət İbrahim (ə) məktəbində tərbiyə almışdı və bilirdi ki, Allah Təala Həzrət İbrahimə (ə) görə atəşi ram etmişdi. “(Nəhayət onu böyük bir oda atdılar. Lakin Biz odun mahiyyətinə) buyurduq: «Ey od, İbrahimə soyuq və zərərsiz ol!»”. (“Ənbiya” 69).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930