«MÜNAFİQ» SÖZÜNÜN ƏHLİ-BEYT DÜŞMƏNİ KİMİ TƏFSİRİ
![]() Ayədə zikr olunmuş divar ərəbcə «sur» kimi işlənmişdir. Maraqlıdır ki, söhbət möminlərlə kafirlər yox, möminlərlə münafiqlər arasındakı divardan gedir. Bu münafiqlər möminlərlə birgə məscidə gələr, namaz qılar, Quran oxuyardılar. İndi isə ayrılırlar. İmam Sadiq (ə) buyurur: «Ciyərlər susuzluq şiddətindən od tutar». Bəli, söhbət qiyamət günündən gedir. Əzabla dolu bu gündən qaçıb qurtarmağa yer varmı? İmam Sadiq (ə) buyurur ki, möminlərlə münafiqlər arasındakı divar nurdandır. Bir tərəfdə bizə xidmət etmiş Əhli-beyt dostları, digər tərəfdə isə Əhli-beyt düşmənləridir. Rəvayətdən belə məlum olur ki, imanın həqiqi və zahiri olması Əhli-beyt vilayətinə məhəbbətdən asılıdır. Xülasə, hər şeyin əsası olduğu kimi İslamın da əsası var və bu əsas Əhli-beytə məhəbbətdir. Belə möhkəm əsasa malik saray üçün heç vaxt uçulma təhlükəsi yoxdur! Ya Rəbb, Əhli-beyt vilayəti və onun məhəbbətini qiyamət gününədək bizim üçün qoru və qəlbimizi bu nurdan məhrum etmə! Oxşar xəbərlər
|