Fatimeyi-Zəhranın (ə) məzarını kimlər və nə üçün açmaq istədi?
Mьəllif: admin1
Tarix: 13-01-2023, 19:29
Fatimeyi-Zəhranın (ə) məzarını kimlər və nə üçün açmaq istədi?
Həzrət Fatimeyi-Zəhra gecə ikən gizlincə dəfn edildi. Səhər müsəlmanlar Bəqiyə gedəndə orada 40 ədəd yeni qazılmış və üstü bağlı məzar gördülər.

Onlar bir-birini Peyğəmbərin yeganə sağ qalan son övladını dəfnində iştirak edə bilmədiyi üçün danlayırdılar. Onlar hətta həzrət Zəhranın məzarını belə tanımırdılar.

Əmr olundu ki məzarlar açılsın və həzrət Zəhranın nəşi çıxarılıb yenidən dəfn edilsin. Onlar bununla Peyğəmbərə və dinə sadiq qaldıqlarını, Peyğəmbərə olan saxta və qeyri-səmimi məhəbbətini nümayiş etdirmək istəyirdilər. (Hilali Amiri 393, əl-İxtisas Şeyx Mufid - 185, Təbəri İmami 136, Biharuı-Ənvar Məclisi 43/171)

Bu xəbər Əmirəl-möminin İmam Əliyə çatanda İmamın qəzəbindən üzü qızardı. O dərhal zirehini geyindi qılınc ələ alıb Bəqiyə sarı yollandı. Ondan öncə bəziləri Bəqiyə gedib Əlinin möhkəm qəzəbli olduğunu dedilər.

Dostlardan bir neçəsi məzarları açmaq istəyənlərə “Əli and içib ki bu məzarlardan bir daşı oyan bu yan edən olsa qılıncını işə salacaq” dedilər.

İmam Bəqiyə çatanda Ömər bin Xəttab və tərəfdarları da ora çatdı. Onlar israr edirdilər ki məzarı açıb meyidə cənazə namazı qılacaqlar.

Bu zaman İmam Ömər bin Xəttaba xəbərarlıq və təhdid etdi. Əbu-Bəkr bin Quhafə vasitəçilik edib aranı sakitləşdirdi. Bu məsələ bitdi və camaat dağılışdı. (Təbəri İmami 136-137, Məclisi 43/171)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930