Dostları necə artıraq, düşmənləri necə azaldaq? - Hədis
![]() İmam ona belə nəsihət verdi: Əgər dilini qorusan dost-aşnaların da ixtiyarında olar. İmam sonra buyurdu: Bədənin ən kamil üzvü ağıl olmalıdır. Belə olmasa bu insan ən kiçik bədən üzvü vasitəsilə həlak olar (yəni dillə) İmam həyatın müvəfəqiyyətinin ən mühüm rəmzinin hörmətdə, ehtiramda və təvazökarlıqda olduğunu buyurdu: "Ey Zuhri, əgər müsəlmanları sənə hörmət edən gördünsə de ki, onlar hörmətli insanlardır ki, hörmət edirlər mənə, əgər camaatdan diqqətsizlik gördünsə de ki, məndən bir xəta baş verib ki, belə hörmətsizliklə üzləşmişəm. Hər zaman bu cür fikirləşsən və bu təfəkkürlə əməl etmiş olsan, Allah yaşayışı həyatı sənə asan edər, dostların çox düşmənlərin isə minimuma enər. Bu zaman digərlərinin yaxşılığı səni sevindirər, amma pislikləri və əziyyət vermələri səni narahat etməz.” Oxşar xəbərlər
|