Ustadın dilindən pis və ən pis şəxs...
Mьəllif: Ahlibeyt
Tarix: 26-02-2022, 21:24
Ustadın dilindən pis və ən pis şəxs...
"İmam Baqir (ə) buyurur: "Bir gün Rəsuli-əkrəm (s) bu xütbəsində buyurdu: "Sizlərdən pis adamın kim olduğunu xəbər verimmi?".

Dedilər: Bəli, ya Rəsulləllah. Buyurdu: "Başqasına xeyri çatmayan kəs, quluna və öz tabeliyində olan adamlara çətin tutan, təkcə özü üçün azuqə götürən, qonşusu və yoldaşını fikirləşməyən, tək yeyən kəs".


Bu hədisin nümunəsi Amerikadır. Xeyrinə heç bir ümid yoxdur və şərrindən heç kəs amanda deyil! İmperializm belədir. Bu bir reallıqdır. Dünyada hamı özü üçün işləyir və öz xeyrini güdür.

Elə ki, həzrət bunu buyurdu, səhabələr yenə elə fikirləşdilər ki, "Pis insan odur ki, xeyrinə ümid olmasın və şərindən aman olmasın".

Həzrət buyurdu: "İstəyirsinizmi, bundan da alçaq, ən pis adamı sizə tanıdım?"

Dedilər: Bəli, ya Rəsuləllah! Buyurdu: "Söyüş söyür və lənət oxuyur. Elə ki, bir mömini xatırlayır, ona lənət oxuyur. Möminlər də onu xatırladıqda lənətləyirlər. Belə şəxs dünyanın ən alçaq mövcududur."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930