Peyğəmbər məqamının astanasına çatan mömin
Müəllif: admin1
Tarix: 22-01-2022, 11:13
Peyğəmbər məqamının astanasına çatan mömin
İnsanları Peyğəmbərlərdən ayıran bu müqəddəs insanlar və möcüzə sahiblərinə Allah tərəfindən vəhyin nazil olmasıdır.

Vəhy peyğəmbərlərə məxsus bir işdir. Onlar vəhyə sahib olmaq fəziləti ilə yanaşı, cəmiyyətlərində ən üstün əxlaqi keyfiyyətlərə sahib olmaqla da seçilirlər.

Onlar nümunə olmalıdırlar. Bu, amil onları kütlə içində ən fəzilətli edir.

Lakin adi insalarda olan bəzi xislətlər də onları peyğəmbərlik məqamının astanasına qədər yüksəldə bilər. Hədislərə əsasən bu səbr və dözüm hissidir.

Əllamə Məclisi Bəharul-Ənvar əsərində 43-cü cilddə dözüm və səbr barədə Məhəmməd peyğəmbərdən belə bir hədis nəql edir:

“Dözümlü və səbirli insan az qalıb ki peyğəmbər olsun”

Hədislərə əsasən dözüm hissi təkcə müsibətlər və bəlalar qarşısında deyil, günahları tərk edən zaman və ibadətləri yerinə yetirən zaman insanın qatlaşdığı əzab-əziyyətlər qarşısındakı səbirə də deyilir.

Daha bir hədisdə İmam Əlidən (ə) belə nəql edilir:

“Dözümlü insan o deyil ki, (cavab verə bilməyib) aciz qaldığı vaxtı hücuma keçsin. Qüdrətli olan zaman intiqam alan və əfv edə bilməyən şəxs də dözümlü sayılmır. Dözüm insanın bütün işlərinə qalib olmalıdır”

Həqiqi dözüm və səbrin bütün şərtlərini nəzərə alaraq, şahid oluruq ki yalnız həqiqi dözüm və səbr xisləti bir mömini peyğəmbərlik pilləsinin astanasına qədər apara bilər.

Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930