İmam (ə) Kəbəyə necə bənzəyər?
Mьəllif: admin1
Tarix: 23-02-2017, 18:13
İmam (ə) Kəbəyə necə bənzəyər?
Bir nəfər İmam Baqirə (ə) deyir: “Ey mənim ağam! İmamət məsələsi sizdən deyildirmi?”. İmam (ə) buyurur: “Niyə ki?”. Deyir: “Bəs niyə öz haqqınızdan keçmisiniz, halbuki, Allah buyurmuşdur: “Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an və İslam neməti ilə) sizi seçib”. (“Həcc” 78).

Buyurur: “Niyə Əmirəl-möminin (ə) öz haqqından keçmişdi? Cabir bu haqda deyir: Həzrətin özü buyurmuşdur: Çünki yavər tapmadı. Məgər eşitməmisiniz ki, Allah Lutun əhvalatında buyurur: “Dedi: “Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınaydım””. (“Hud” 80).
Həzrət Nuhun (ə) əhvalatında buyurur: “O, öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!»”. (“Qəmər” 10).
Həzrət Musanın (ə) əhvalatında buyurur: ”(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal»”.
(“Maidə” 25).
Ona görə də o yerdə ki, peyğəmbər belə olar, vəsisinin üzrü peyğəmbərindən daha çox olar. Ey Cabir! İmamın məsəli Kəbənin məsəli kimidir ki, onun yanına gedərlər və o, heç kəsin yanına getməz”.

Bəli, hər bir Məsum İmam (ə) Kəbə kimidir. O zaman ki, insanlar həcci yerinə yetirmək üçün Kəbənin sorağına gedərlər, eyni zamanda İlahi ictimai əhkamı yerinə yetirmək üçün də İmamın (ə) sorağına gedərlər. Ancaq bu hökm o zaman həyata keçər ki, insanlar İmamlarının (ə) sözlərinə diqqət edərlər. Çünki əgər belə olmazsa, İmam (ə) da öz imamlıq vəzifəsini yerinə yetirə bilməz. Belə bir halda imamət də cəmiyyəti xilas edə bilməz.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930