“Kövsər” kəlməsinin mənası nədir?
Müəllif: Admin
Tarix: 14-01-2020, 10:50
“Kövsər” kəlməsinin mənası nədir?
“Kövsər” sözünün çox mənaları var. Təfsir alimləri “kövsər” kəlməsinə 30-a yaxın məna yazıblar. Mən onlardan bir neçəsini burada qeyd edirəm: bəziləri deyiblər “kövsər”:

1. Peyğəmbərə (s) əta olunmuş “kövsər” bulağıdır ki, cənnətə daxil olan möminlər ondan sirab olacaqlar.

2. Hz.Muhəmmədə (s) verilən nübuvət və Peyğəmbərlikdir.

3. Bəziləri yazıblar ki, “kövsər” Peyğəmbərin (s) çox sayda olan səhabə və yavərləridir.

4. O həzrətin ümmətindən olan alimlərdir.

5. Quran və onun sonsuz fəzilətləridir.

6. İslam dini bir növ özü “kövsər”dir.

7. Peyğəmbərin (s) özünün fəzilətləri.

8. Elm və hikmət.

9. Rəsuləllahın mübarək qəlbinin nurudur.

10. Quran məfhumunun asanlığı və islam şəriətinin yüngülüyü və s…


“Kövsər” sözünün mənasından da göründüyü kimi bu mənaların heç biri digəri ilə zidiyyət daşmır.

Bir çox hədislərdə isə Peyğəmbərə (s) əta olunan xeyir bərəkətin Fatmeyi-Zəhra (s.ə) olduğunu deyiblər.

Çünki sonrakı ayədən (3-cü ayə) də məlum olur ki, bu surədə mövzu Peyğəmbərin (s) və müşriklərin gələcək nəsilləridir.

Biz görürük ki, Mütəal Allah öz Peyğəmbərinə (s) buyrur ki; onlar sənə “əbtər” (sonsuz) deyirlər. Lakin onların özləri“əbtər”dilər.

إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
“Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir”.
(Kövsər ayə-3)

Bu gün bizdə görürük ki, Peyğəmbərin (s) Fatimeyi-Zəhranın (s.ə) vasitəsi ilə dünyaya gələn evladları milyonlarcadı.

Lakin müşriklərin nəslinə mənsub olan heç kəs qalmayıb və yaxud qalıbsa da heç kəs tanımır.

Məncə heç kəsin şəkki yoxdur ki, Peyğəmbərin (s) nəsli Fatmeyi-Zəhrandan (s.ə), yəni İmam Hüseynin (ə) sülbündən davam etdi və etməkdədir.

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
“Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, nəhr et (dəvə qurbanı kəs)
(Kövsər ayə-2)

Yəni mən sənə nemətlərin ən böyükü olan “kövsər”i bəxş etdim. Ey Peyğəbərim! səndə bu böyük nemətin şükranlığını yerinə yetirmək üçün ən böyük qurban olan dəvə qurbanı kəs!


İmamcümə Hacı Rasim Məmmədov cümə xütbəsindən...

Ahlibeyt.ge



Oxşar xəbərlər
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829