İman, saleh əməl və Rəbbin qarşısında təslim olmaq – bir həqiqəti meydana gətirən 3 mövzu
Müəllif: Admin
Tarix: 14-07-2018, 10:22
İman, saleh əməl və Rəbbin qarşısında təslim olmaq – bir həqiqəti meydana gətirən 3 mövzu
“Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar. Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!”. (“Hud” 23-24).

Bu ayələrdə 3 həqiqətin adı çəkilmişdir ki, bir-birinin ardınca gəlir və bir-birinin üzərini örtür. Biri imandır, ikincisi saleh əməl, üçüncüsü isə Rəbbin qarşısında təslim olmaqdır.

Bu üç mövzu birləşib bir həqiqəti meydana gətirərlər, yəni mömini. O zaman ki, iman nuru ürəyə daxil olar, saleh əməldən qeyrisini görməz. O, danışığında, rəftarında Allah Təalaya təslim olar.

Başqa bir tərəfdən isə həqiqətə iman bəsləmək vadar edər ki, insan o yöndə hərəkət etsin. Nəticədə bu yolda təvazö əldə edər və heç bir zaman Onun qarşısında kobudluq edəcəyini düşünməz.

Açıq gözü və eşidən qulağı onu hər cür tələdən qoruyar. Ona görə də o insan ki, Allaha iman bəsləyir, bilir ki, Allah bir gün əməllərini hesaba çəkəcəkdir. Ona görə də insan davamlı olaraq çirkin işdən çəkinər və saleh əməllər görməyə çalışar. Çünki bu dünyada əkdiklərinin meyvəsini axirətdə yığacağını bilər.

Nəticədə Allah qarşısında və Onun əmrləri qarşısında boyun əyər. Bu insanların gözü açıq və qulaqları eşidəndir. Bu agahlıq nəticəsində yollarını azmazlar.

Əmirəl-möminin (ə) buyurur: “Təqvalılar gözlərini hər cür haramdan bağlayar və qulaqlarını faydalı elmlərə üçün açarlar. Sanki onlar behişti görərlər ki, orada nemət içindədirlər. Sanki cəhənnəmi müşahidə edərlər ki, orada əzabdadırlar”.

Bu insanların qarşısında ikinci dəstə insanlar durur ki, onlar kafirdirlər. Ona görə də onlar saleh əməldən məhrumdurlar və Allah qarşısında təslim olmazlar. Nəticədə onlar həqiqətlərə qarşı kor və kardırlar.

Bəs bu iki dəstə bərabərdirmi?

Birinci dəstə imanlıdır və saleh əməl görər və Allahın əmrlərinə boyun əyər. Onların gözləri və qulaqları həqiqət üçün açıqdır və İlahi səsi eşidərlər.

İkinci dəstə isə Allahı inkar edər, saleh əməl görməzlər. Allahın əmlərinə itaət etməzlər. Ona görə də kar və kordurlar.

Bu sualın cavabı aydındır, onlar heç bir zaman bərabər ola bilməz. Həqiqətdə mömin, agah ürəyə malik olduğu üçün eşidən və görəndir. Lakin kafir ürəyi öldüyü üçün kar və kor kimidir.

Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031