İslami ədəbin əsasını təşkil edən xislət
Mьəllif: admin1
Tarix: 16-01-2022, 10:34
İslami ədəbin əsasını təşkil edən xislət
Allah təvazökarlıq göstərənləri ucaldar, təkəbbürlük edənləri isə alçaldar. Bu hədis Allahın insanlar üçün nəzərdə tutduğu daimi sünnətindən söz açır.

Təvazökarlıq insanın mən mən deməsinin qarşısını alır və bir çox məsələlərdə şeytanın ona nüfuz etmə yollarını bağlayır.

Təvazökarlıq hörmət gətirdiyi halda, təkəbbürlük, riya və ücb insanı mənəvi baxımdan həlaka aparar.

Buna görədir ki, İmam Hüseyn(ə) ədəb-ərkanı təvazökarlıqda xülasələşdirir.

Mousuət Kəlimat əl-Hüseyn əsərində gələn hədis belədir:

Biri İmam Hüseynə(ə) yaxınlaşıb, ədəb nədir sualını verir. İmam buyurur:

“Ədəb odur ki, evdən çıxandan sonra qarşılaşacağın hər bir insanı özündən üstün biləsən."

Anlaşılır ki İslami ədəbin kökündə bəndəçilik durur. İnsan Allah bəndəsi olduğuna görə təkəbbür etmməməli digərlərini də Allah bəndəsi bilərək onlara hörmətlə yanaşmalıdır.

İnsan o qədər özü və öz əməlləri haqda haqq-hesab çürütməlidir ki, digərlərinin eybi haqda düşünməyə vaxt tapmamalıdır.

Bu səbəb olar ki insanlara hüsnü-zənlə baxsın və yaxud da onlara qarşı ittihamçı, həsədçi, şəkkak mövqeyindən çıxış etməsin.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930