İnsan hər gün 3 müsibətlə üzləşir
Mьəllif: admin1
Tarix: 13-01-2022, 12:06
İnsan hər gün 3 müsibətlə üzləşir
Bir şəxs İmam Zeynül-Abidinın (ə) yanına gəlib, məişətdə və yaşayışında üzləşdiyi problemlərdən şikayətlənməyə başladı.

İmam onu dinlədikdən sonra buyurdu: Bu biçarə Adəm övladı hər gün 3 müsibətlə üzləşir, amma heç birindən ibrət dərsi almır.

Əgər o ibrət alsaydı həyatının problemləri ona asan gələrdi.

-Birinci müsibət budur ki, ömründən azalır. Əmlakında və varında bir zərər-ziyan olarsa narahat olar.

O anlamır ki həmin azalan mal-mülk bir gün qayıda bilər, amma ömür qayıtmayacaq.

-O hər gün ruzisini yeyir. Ruzisi halal olsa gərək hesabını versin, haram olsa da hesabını verəcək, amma cəza çəkməklə.

-İmam daha sonra buyurdu: Üçüncü hər ikisindən daha mühümdür. Deyildi: Ey İmam o nədir?

İmam buyurdu: O gününü sona çatdırır və bir addım daha axirətə yaxınlaşır. Amma bilmir ki cənnət istiqamətdə gedir ya cəhənnəm.

(Biharul-Ənvar, cild-78, səh-160)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031