Ruhumuzun rahatlığı nədədir?
Mьəllif: admin1
Tarix: 13-01-2022, 12:04
Ruhumuzun rahatlığı nədədir?
Ayətullah Cavadi Amuli buyurmuşdur: “Cismin sağlamlığı yanında canın da sağlamlığına diqqət etmək lazımdır.

Çünki insan əbədi bir varlıqdır və ölüm – insanın keçib getdiyi bir körpüdür.

Bədənin sağlam olması – dini vacibatlardandır. Ancaq bu nöqtəyə də diqqət etmək lazımdır ki, bədən sadəcə bir vasitə və minikdir. Canımız bu miniyin sürücüsüdür.

O şey ki, insan üçün öləndən sonra qalır – həmin canımızdır. Ona görə də onun sağlam olması üçün Xaliqimizlə rabitəmizi düzgün qurmalıyıq.

Onu tanımalıyıq və möminlərin bir çoxunun canında olan gizli şirki canımızdan çıxartmalıyıq.

Bu, tövhiddir ki, cəmiyyəti ətirli edər. Çünki tövhidin həqiqəti ardınca şirki inkar etmək gətirər.

Bütün münaqişələrin mənbəyi həmin şirkdir. Nəticədə, tövhidlə və şirki inkar etməklə cəmiyyət rahatlığa qovuşar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031