Kitabı 5 İmam tərəfindən təsdiqlənmiş səhabə
Mьəllif: admin1
Tarix: 13-01-2022, 12:11
Kitabı 5 İmam tərəfindən təsdiqlənmiş səhabə
Suleym ibni Qeysi Hilalinin (vəfat ili 76 h.q) “Əsrari Ali Mühəmməd” əsərinin doğruluğu və onun möhtəvası 5 imam tərəfindən təsdiqlənib.

İslaminSesi.info – Kitabı, beş imam tərəfindən təsdiqlənmiş səhabənin tam adı Əbu-Sadiq Suləym bin Qeys Hilali Amiri Kufidir.

İlk dörd imamın hüzurunda olub və İmam Baqiri də görüb. İbni-Nədimin və digər bioqrafiya alimlərinin şahidliyinə görə onun “Əsrari Ali Mühəmməd” əsəri şiənin ilk kitabıdır.

Bu kitabda əsasən Əhli-beytin fəzilətləri, Peyğəmbərin vəfatından və Səqifə hadisələrindən sonrakı proseslər haqda hədislər və tarixi faktlar yer alıb.

Süleymin kitabı İslam aləmində qələmə alınmış birinci kitablardan hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir.

Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır.

“İlk kitab” 5 İmamın təsdiqini almışdır. İmam Sadiq (ə) bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir.

Kitab 2012-ci ildə "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuşdur. 2015-ci ildə isə "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuşdur.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930