Dünyanın 25 xəzinəsi İmam Sadiqin (ə) bəyanında
Mьəllif: admin1
Tarix: 3-10-2023, 10:21
Dünyanın 25 xəzinəsi İmam Sadiqin (ə) bəyanında
İmam Sadiq (ə) buyurub:

1- Cənnəti axtardım, onu səxavətli olmaqda tapdım.

2- Sağlamlığı və xöşbəxtliyi axtardım, onu güşənişin (ifrat dərəcədə olmamaq şərtilə) olmaqda tapdım.

3- Qiyamətin tərəzisində (lehimə) ağırlığı axtardım, onu, La İlahə İlləlah və Məhəmməd Rəsulullah, şəhadətində tapdım.

4- Cənnətə tez daxil olmağın yolunu axtardım, onu Allaha xatir əməl etməkdə gördüm.

5- Ölümü sevməyin yolunu axtardım, onu Allaha xatir maddi kömək etməkdə gördüm.

6- İbadətin şirinliyini axtardım, onu günahı tərk etməkdə tapdım.

7- Ürəyin yumşaqlığı yolunu axtardım, onu aclıq və susuzluq çəkməkdə tapdım.

8- Qəlbin nuraniləşməsini axtardım, onu təfəkkürdə və ağlamaqda tapdım.

9- Siratdan keçməyin yolunu axtardım, onu sədəqə verməkdə tapdım.

10- Simanın nuraniliyini istədim, onu gecə namazında tapdım.

11- Ən fəzilətli cihadı axtardım, onu ailə üçün ruzi qazanmaqda gördüm.

12- Allahın dostluğunu axtardım, onu günah əhli ilə qətiyyətli olmaqda gördüm.

13- Ağalığı və rəhbərliyi axtardım, onu Allah bəndələrinə nəsihətlər verməkdə tapdım.

14- Qəlbin rahatlığını axtardım, onu mal-dövlətin azlığında gördüm.

15- İşlərimdə möhkəmliyin yolunu axtardım, onu səbr etməkdə tapdım.

16- Şərəfi axtardım, onu elmdə tapdım.

17- İbadəti axtardım, onu təqvada tapdım.

18- Rahatlıq axtardım onu zahidlikdə tapdım.

19- Ücalıq axtardım onu təvazökarlıqda tapdım.

20- İzzət və başucalığı axtardım, onu doğruluqda tapdım.

21- Təvazökarlıq və yumşaqlıq axtardım, onu orucda tapdım.

22- Ehtiyacsızlıq axtardım, onu qənaət etməkdə tapdım.

23- Ünsiyyəti axtardım, onu Quran qiraət etməkdə tapdım.

24- Camaatla qaynıyıb-qarşımağın yolunu axtardım, onu yaxşı əxlaqda gördüm.

25- Allahın razılığını axtardım, onu valideynə hörmət etməkdə tapdım.

(Müstədrək-Vəsail, cild-14, səh-234)



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930