Sırf öz eyb və iradları ilə məşğul olmağın faydası
Mьəllif: admin1
Tarix: 15-01-2022, 11:19
Sırf öz eyb və iradları ilə məşğul olmağın faydası
Həsəd, qeybət, böhtan, sui-zən və sair günahların səbəblərini araşdıraq. Əvvəla qeyd etmək lazımdır ki, günahların bir çoxu bekarçılıqdan əmələ gəlir.

İşləyən insanın başı öz məişət durumuna qarışar. İnsanın digərləri haqda düşünməyə bəzən vaxtı belə olmaz.

Ona görə də müasir dövrdə əxlaq alimləri, psixoloqlar və sosioloqlar bekarçılıq və işsizliyin olduğu cəmiyyətlərdə cinayətlərin daha çox olduğunu bildirirlər.

Deməli birinci növbədə insan bekar qalmamalı, dövlət müstəvisində isə işsizlik aradan qaldırılmalıdır.

Həsəd, qeybət, böhtan, sui-zən kimi günahların digər səbəbi kimi təkəbbür və xüdpəsənliyi misal çəkmək olar.

Xüdpəsəndlik insana digərlərinin uğuru ilə razılaşmamağa, uğur qazanmış və öndə olan insanların geri addımlaması üçün onlara töhmətin vurulması və böhtanın atılmasına səbəb ola bilər. Kin-kudurət də böhtan atmağa səbəb olar.

İnsan birinci növbədə xüdpəsəndlik, kin-küdurət və bekarçılıqdan qurtulmalıdır ki, bu günahlara mürtəkib olmasın.

İmam Əli bu günahlardan çəkinmək və uzaq durmağın digər bir yolunu təklif edir.

Nəhcül-Bəlağədə gələn kəlamda İmamın oğluna nəsihəti belədir:

“Ey oğlum! Hər kəs öz eyblərini yaxşı görə bilsə, digərlərinin eybləri ilə məşğul olmaqdan qalar”

Öz eyblərini görməyi o insan bacara bilər ki, xüdpəsəndliyi olmasın, kin-küdurəti olmasın və bekar qalmayıb, müəyyən bir işlə məşğul olsun.

Əgər o öz eybləri ilə məşğul olarsa digərinin eybləri haqda düşünmək və ya onu ifşa etmək haqda vaxtı belə olmaz.

Belə olan halda o həsəd, töhmət, sui-zən və sairdən azad olar.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930