“Kulli yəvmin Aşura”nın mənası nədir?
Müəllif: Admin
Tarix: 16-09-2018, 10:54
“Kulli yəvmin Aşura”nın mənası nədir?
Bu bəşərdə yalnız bir nəfər İmam Hüseyn (ə) olmuşdur. Yezidlər (lən) və müaviyyələr (lən) isə həmişə vardır. Heç bir insanı İmam Hüseynlə (ə) müqayisə etmək olmaz. Necə ki, Əhli-Beyt (ə) özü buyurmuşdur: “Heç bir zaman kimsə bizimlə müqayisə oluna bilməz”.

“Kulli yəvmin Aşura” sözünün mənası odur ki, İmam Hüseyn (ə) aşiqi İmama (ə) ancaq Aşura günündə əza saxlamaz. Hər bir zamanda və hər bir məkanda Seyyidi-şühəda (ə) üçün ağlaya və əza saxlaya bilər. Biz gərək İmamın (ə) əməllərindən örnək götürək və ibrət dərsləri alaq. Zalımların zülmü qarşısında öz dini vəzifələrimizə əməl edək.

Aşura səhnəsini görmək meyar deyildir, əgər qəlbimiz İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) üçün yanırsa, qəlblərimizi Aşurayi edə bilər və onlar üçün hər bir zamanda əza saxlaya bilərik. Necə ki, onlar buyurmuşdular: “Kulli ərzin Kərbəla və kulli yəvmin Aşura”.

Bu cümlənin ən sadə təfsiri odur ki, İmam Hüseynin (ə) həqiqi aşiqi ancaq Aşura günündə əzadarlıq etməz. Ya da əzadarlıq üçün Kərbəlaya getməsi vacib deyildir. Həqiqi aşiq üçün hər gün Aşuradır və hər yer Kərbəladır. Həqiqi aşiq Aşuranın ideallarını hər zaman və hər yerdə yaşatmalıdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930