Əxlaqı dirçəldək və qoruyaq
![]() Bir hədis islamı gözəl əxlaqdan ibarət olduğunu deyirsə digəri onu dinin yarısı bilir. Qiyamətdə isə bu əxlaq möminin əməl dəftərinin ən başında duran əməl olacaq. Əxlaqın o qədər səməri var ki hətta, ibadəti zəif olan insanları belə qurtuluşa apara bilər. Sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur: "Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar". (Məhcətul-beyza, c.5, səh.93) Elə isə bu əxlaqı necə qoruyub saxlayaq və onu süqut etməkdən necə qoruyaq? Kəşful-ğimmə əsərində (cild-2, səh-349) gələn hədisdə İmam Cavad (ə) bu sualı cavablandırır. İmam Cavad (ə) buyurur: “Əxlaqın fəsada uğraması səfeh insanlarla otur-dur etmək və onun islah olması ağıllı və müdrik insanlarla rəqabətə girməklə (otur-dur etmək) baş tutar”. Oxşar xəbərlər
|