Bu ayə nazil olanda, bütlər yerə düşdü
Müəllif: Admin
Tarix: 26-02-2017, 10:23
Bu ayə nazil olanda, bütlər yerə düşdü
“Ayətül-kürsü”də 50 kəlmə vardır ki, hər kəlmənin də 50 bərəkəti vardır. Hər bir dərdin dərmanı və şəfasıdır.
İmam Əli (ə) nəql edir ki, o zaman ki, bu ayə Peyğəmbərə (s) nazil oldu, Həzrət (s) buyurdu: ““Ayətül-kürsü” o ayədir ki, ərşin xəzinəsindən nazil olmuşdur. O zaman ki, bu ayə nazil oldu, dünyada ayaq üstə dayanan hər bir büt üzüstə yerə düşdü. Bu zaman İblis qorxdu və öz qəbiləsinə dedi: “Bu axşam böyük hadisə baş vermişdir. Mən axtarım görüm, bu nə hadisədir?”. İblis dünyanı gəzdi və Mədinə şəhərinə gəlib çatdı. O şəhərin insanından soruşdu: “Dünən nə hadisə baş veribdir?”. Həmin kişi deyir: “Peyğəmbər (s) bizə buyurub ki, ərşin xəzinəsindən ayə nazil olmuşdur ki, dünya bütləri ona görə yerə düşmüşdür”. İblis bu hadisəni öz qəbiləsinə danışır”.
İmam Sadiq (ə) buyurur: “Əbuzər Peyğəmbərə (s) deyir: “Ey Allahın Rəsulu! Sənə nazil olan ən mühüm və ən fəzilətli ayə hansıdır?”. Buyurur: “Ayətül-kürsü”.
İmam Baqir (ə) buyurur: “O kəs ki, bir dəfə “Ayətül-kürsü”nü oxuyar, Allah ondan min narahatlığı və dünya qəmini və min axirət qəmini aradan aparar ki, ən kiçiyi yoxsulluq və qəbir əzabıdır”.
Tövhid surəsinin fəzilətləri
“Tövhid” surəsi Allahın yeganə olmasını və təkliyini bəyan edən surədir. Quranın üçdə birinə bərabərdir.
İmam Sadiq (ə) buyurur: “Bu surə besətin əvvəllərində yəhudilərin “Allahı təsvir et” sualına cavab olaraq, Peyğəmbərə (s) Məkkədə nazil olmuşdu”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir şeyin nuru vardır və Quranın nuru - “Tövhid” surəsidir”.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, gün keçər və beş vacib namazı qılar və heç birində “Tövhid” surəsini oxumazsa, ona xitab olunar: “Ey Allah bəndəsi! Sən namazqılan deyilsən”.
Digər yerdə əziz İmam (ə) buyurur: “O kəs ki, Allaha və cəza gününə inanır, “Tövhid” surəsini vacib namazlardan sonra qiraət etməsini tərk etməsin. Çünki hər kim namazdan sonra onu oxuyarsa, Allah dünya və axirət xeyirini onun üçün hazır edər. Onu, atasını, anasını, övladlarını bağışlayar”.

/Deyerler.org/
Oxşar xəbərlər