Qapını nə üçün döymədin?
Mьəllif: admin1
Tarix: 20-01-2022, 22:26
Qapını nə üçün döymədin?

Mirzə Cavad Tehrani axşam vaxtı səfərdən qayıdır.

Həzrət Ayətullah Mirzə Cavad Tehrani hamı ilə mehriban idi və gözəl rəftar edirdi. O, heç kimi incitməzdi, hətta bir qarışqanın da əziyyətinə dözmürdü.

Onun ailəsi belə bir əhvalat danışır:

Mirzə Cavad Tehrani axşam vaxtı səfərdən qayıdır. Ancaq gec və yatmaq vaxtı idi.

Ailəsini yuxudan narahat etməmək üçün evin qapısını döymür və qapıya söykənib dayanır.

Bu vaxt onun yatmış həyat yoldaşı yuxuda görür ki, bir nəfər ona deyir: - Qalx! Qalx, evin qapısını aç!

Mirzə Cavad ağanın yoldaşı yuxudan qalxaraq, gedib qapını açır və görür ki, Mirzə Cavad qapının arxasında dayanıb.

Soruşur: - Ağa! Səfərdən qayıtmısan, bəs nə üçün qapını döymürsən?

Ayətullah Mirzə Cavad deyir: - Gördüm gecə yarıdır. Sənə zəhmət vermək istəmədim.
Oxşar xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728