Çətinlikləri dəf etmək, itən şeyi tapmaq, borcu qaytarmaq, ruzinin artması – “Muzzəmmil” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 11-08-2020, 15:42
Çətinlikləri dəf etmək, itən şeyi tapmaq, borcu qaytarmaq, ruzinin artması – “Muzzəmmil” surəsinin fəzilətləri
“Muzzəmmil” surəsi Quranın 73-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 20 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxuyar, dünya və axirət çətinlikləri ondan dəf olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxumağı davamlı edərsə, Allahın Peyğəmbərini (s) yuxuda görər və ürəyi istədiyini ondan istəyər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Muzzəmmil” surəsini işa namazında gecənin sonunda oxuyarsa, gecə və gündüz iki şahid kimi bu surə ilə birlikdə onu oxuyanın faydasına şəhadət verərlər. Allah ona pak həyat verər və pak ölümlə dünyadan gedər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsi yüz dəfə oxuyarsa, Allah yüz günahını bağışlayar və ona min həsənə əta edər”.

Bu surənin bərəkətləri:

1. Ərlə arvadın barışması. Əgər bu surəni yola getməyən ərlə arvad üçün şərbətə oxuyub onlara içizdirərlərsə, onlar mehriban olarlar.

2. İtəni tapmaq. Hər kim bir şeyi itirən zaman 10 gün hər gün bir dəfə bu surəni oxuyarsa Allahın izni ilə itirdiyini tapar.

3. Övlad sahibi olmaq üçün. Əgər ərlə arvad övlad sahibi olmurlarsa, hər ikisi oruc tutsun və iftar zamanı qüsl alsınlar və bu surəni bir dəfə suya oxusunlar və həmin sudan içsinlər.

4. Borcu qaytarmaq. Əgər kimin borcu varsa namazdan sonra bu surəni davamlı olaraq oxusun, borcunu qaytarar.

5. Ruzi artar. Hər kimin ruzisi az olar, 40 gün hər gün bir dəfə bu surəni oxusun, ruzisi artar.

6. Sehri batil edər. Əgər kiməsə sehr edilibsə, bazar günü bu surəni yazsın və yazdığını yuyub həmin şəxsə içizdirsin, sehri batil olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930