Haram loğmadan çəkinməsən ürəyindəki ilahi nur ölməyə başlayacaq
Mьəllif: admin1
Tarix: 14-01-2022, 11:38
Haram loğmadan çəkinməsən ürəyindəki ilahi nur ölməyə başlayacaq

İlahi həyanın nişanələrindən biri də budur ki, insan nə yediyinin fərqində olmalıdır. Əgər insan əlinə keçən hər şeyi içəri ötürsə və haram loğmanı yeməkdən çəkinməsə, get-gedə qəlbini qəsavət basacaq, ürəyindəki ilahi nur ölməyə başlayacaq.

İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır. Belə olmazsa onda ibadətə meyl zəifləşəcək və ürəyində Allah qorxusu, Behişt şövqü və Allah dərgahına yaxınlaşmaq hissi əmələ gəlməyəcəkdir.

Deməli, ilahi həyanın yaranması üçün qarına və orada yer tutan yeməklərə diqqət edilməsi zəruridir.

Qurani-Məcid insana tövsiyə edir ki, nə yediyinə fikir versin: “(Ey) insan, nə yediyinə bir bax!” (Əbəsə, 24)

İnsan bütün cəhətlərə riayət etməlidir və öz yeməyini hərtərəfli yoxlamalıdır: onun yeməyi sağlam, tibbi normalara uyğun, halal və pakizə olmalıdır.

Əshabi-Kəhf Allahın ən üstün bəndələri olaraq şirk və bütpərəstlik sistemini buraxıb, özlərinə Daqyanus dövranının küfrlə dolu etiqadi çəngindən nicat verdilər.

Quranın dediyinə görə onlar yeməklərin ən təmizini, halalını seçib yeyirdilər. Qurani-Məcid Əshabi-Kəhfin başına gələnləri nəql edəndən sonra belə buyurur: “Birinizi bu gümüş pullarla göndərin getsin şəhərə, baxıb görsün hansı yemək daha yaxşıdır, alıb gətirsin sizə.” (Kəhf, 19)

Haram malın insanı azdırmasına və haqqdan uzaqlaşmasına, Allah və ilahi övliyalar qarşısında üsyan etməsinə səbəb olan təsirini nəzərdə tutaraq, İmam Hüseyn (ə) düşmən qoşununun onun sözlərinə məhəl qoymadığını görəndə belə buyurdu: - “Sizin hamınız mənim əmrimə asi oldunuz, dediklərimə də qulaq asmırsınız. Bəli, sizin qarınlarınız haramla dolmuşdur və ürəklərinizə möhür vurulmuşdur.” (Biharul-ənvar, c.45, səh. 8)

Bəli, haram yemək insanın ürəyini elə bərkidir, elə qəsavətə salır ki, hətta Peyğəmbərin (s) övladının üstünə qılınc da qaldırmağa hazır olur.

Bu səbəbdən də Peyğəmbər (s) ilahi həyanın yaranma şərtlərindən birini insanın öz yeməyinə diqqət etməsində görür.

“Başını və onda olanlara, yəni gözə, qulağa, dilə nəzarət et.”

İlahi həyanın bir əlaməti də budur ki, insan baxıb görsün başında hansı fikri bəsləyir, ağlından hansı arzular, havalar keçir.

Əgər xəyalını batil fikirlərdən ələyib təmizləsə və həmçinin qəlbinin təmizliyinə çalışsa, ilahi həyanı orada yerləşdirə biləcəkdir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930