İmam Hüseynin (ə) dünyaya qayıdışı necə baş verəcək?
Müəllif: Admin
Tarix: 17-09-2018, 09:52
İmam Hüseynin (ə) dünyaya qayıdışı necə baş verəcək?

“Rəcət” sözünün mənası “qayıdış” deməkdir. Qiyamətdən əvvəl İmam Zaman ağa (ə.f) zühr edən zaman İmam Hüseyn (ə) həyata qayıdacaq və Yezidin (lən) ordusu ilə yenidən vuruşacaqdır. Haqq batilə qələbə çalacaqdır. Bu, elə bir gündür ki, yalnız xalis möminlər və xalis kafirlər diriləcəkdir.

Quranda İmam Hüseynin (ə) rəcətinə aid 18 ayə nazil olmuşdur. O cümlədən, bu mübarək ayə: “O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər). Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir)”. (“Naziat” 6-7).

Bu iki ayə Qiyamətdən əvvəl baş verəcək hadisəyə işarə edir. O cümlədən dəhşətli zəlzələdir ki, hər yeri titrədəcəkdir. İmam Sadiq (ə) bu ayələrin təfsiri haqqında buyurmuşdur: “Titrədən – İmam Hüseyn (ə) – İmamın dünyaya rəcəti dünyada dəyişikliklər icad edəcəkdir. İkinci hadisə isə Əli ibn Əbitalibdir (ə)”.

Rəcət zamanı ilk qəbri açılan və qəbirdən qalxan şəxs İmam Hüseyn (ə) olacaqdır. Başqa bir ayədə oxuyuruq: “Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik”. (“İsra” 6).

İmam Sadiq (ə) buyurur ki, bu ayə də İmam Hüseynin (ə) rəcətinə işarə edir. İmam (ə) buyurur ki, rəcət zamanı dünyaya gələcək ilk kəs - İmam Hüseyn (ə), o Həzrətin (ə) səhabələri, lənətlik Yezid və o məlunun səhabələri olacaqdır.

İmam Baqir (ə) nəql edir ki, İmam Hüseyn (ə) şəhid olmamışdan əvvəl buyurmuşdu: “İlk insan ki, yer yarılacaq və bayıra çıxacaqdır, mən olacağam. Mənim qəbirdən bayıra çıxmağım Əmirəl-möminin (ə) qəbirdən bayıra çıxmağı və bizim Qaimin (ə.f) qiyamı ilə eyni zamanda olacaqdır”.

İmam Baqir (ə) nəql edir: “Rəcət zamanı ilk qayıdan insan - İmam Hüseyn (ə) olacaqdır və o qədər hökumət edəcəkdir ki, qocalıqdan qaşlarının tükləri gözünün üstündə asılacaqdır”.

Beləliklə, deyə bilərik ki, rəcət hadisəsi qəti bir hadisədir və o, mütləq olacaqdır. Lakin bu hadisə hamıya şamil olunmur, xüsusi insanlara aiddir. İmam Hüseyn (ə) ilk qayıdan şəxs olacaq və haqqı bərqərar edəcəkdir. Yezidin (lən) ordusu ilə yenidən vuruşacaq və qələbə çalacaqdır. Aşura hadisəsinin intiqamını alacaqdır. Sonra o qədər hökumət edəcəkdir ki, qocalacaqdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930