Peyğəmbərimiz (s) yəhudilərə Tövratda Haşir və Aqəb kimi tanıdılmışdır
Mьəllif: admin1
Tarix: 13-10-2022, 11:24
Peyğəmbərimiz (s) yəhudilərə Tövratda Haşir və Aqəb kimi tanıdılmışdır
Nəql edilir ki, yəhudilərin bayramlarının birində Həzrət Peyğəmbər (s) bir neçə səhabəsi ilə birlikdə yəhudilərin Mədinədə olan məbədinə daxil olur. Yəhudilər Peyğəmbərin (s) gəlişindən narahat olurlar.

Həzrət Peyğəmbər (s) onlara buyurur: “Ey yəhudi dəstəsi! Sizlərdən 12 nəfəri mənə göstərin ki, Allahın tək olmasına və Muhəmmədin (s) peyğəmbər olmasına şəhadət versinlər ki, Allah qəzəbini bütün yəhudilərdən götürsün”.

Onlar sakit dayandılar və heç biri bir söz demədilər.

Həzrət Peyğəmbər (s) bu sözünü üç dəfə təkrar etdi, onlar yenə də susdular.

Bu zaman Həzrət (s) buyurdu: “Siz haqqı gizlətdiniz, ancaq Allaha and olsun ki, mən (Tövratda adı çəkilən) Haşir və Aqəbəm. İstər iman gətirin, istərsə də məni inkar edin”.

Sonra peyğəmbər (s) məbəddən çıxdı.

Bir neçə addım atmamış yəhudi bir kişi Həzrətin (s) ardınca gəldi və dedi: “Ya Muhəmməd (s)! Dayan”. Peyğəmbərimiz (s) dayandı. Həmin şəxs üzünü yəhudi cəmiyyətinə tutub dedi: “Məni necə adam kimi tanıyırsınız?”.

Dedilər: “Allaha and olsun ki, öz aramızda səndən agahı yoxdur”.

Həmin şəxs dedi: “Mən Allahı şahid tuturam ki, bu, həmin peyğəmbərdir ki, Tövrat və İncildə gəlmişdir”.

Yəhudilər belə bir səhnəni görən kimi onu yalançı adlandırdılar və onu söyməyə başladılar. Həzrət Peyğəmbər (s) isə üzünü yəhudilərə çevirib buyurdu: “Siz yalan deyirsiniz”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930