TÖVBƏ HAQQINDA BUNLARI BİLMƏLİ
Müəllif: Admin
Tarix: 14-04-2017, 22:32
TÖVBƏ HAQQINDA BUNLARI BİLMƏLİ
(Abbas Əzizinin “Əllamə Həsənzadə Amulinin əsərlərindəki ürfani dastanlar” kitabına əsasən)
Cabir Ənsari Həzrət Peyğəmbərdən (s) nəql edir: “Qeybətdən amanda olun. Çünki qeybət zinadan daha pisdir”. Sonra buyurur: “O kişi ki, zina edər, tövbə edərsə, Allah onu bağışlayar, ancaq qeybət edəni qeybət etdiyi şəxs bağışlamayana qədər Allah bağışlamaz”.

İstiğfar etmək
Bir nəfər Əmirəl-möminin (ə) yanında Allahdan istiğfar istəyir və deyir: “Əstəğfirullah”. Əmirəl-möminin (ə) ona deyir: “Anan əzana otursun. Bilirsənmi ki, istiğfar nədir? İstiğfar bir addır ki, onun altı mənası vardır:

1. Keçmişdəkilərə görə peşman olmaq.

2. Əbədi olaraq, günah etməyəcəyini qərara almaq.

3. Başqalarının haqqını vermək, belə ki, Allah ilə görüşən zaman başqalarının haqqı boynunda qalmasın.

4. Zay etdiyi vacib əməlləri qəza etmək.

5. Haramdan bədəndə əmələ gələn əti çətinliklə də olsa, suya çevirmək. O hala qədər ki, dərin sümüyünə yapışsın və yeni ət əmələ gəlsin.

6. Bədəninə itaət və ibadət ağrısını dadızdırmaq. O zaman de: “Əstəğfirullah””.

Tövbədən sonra günah işlətmək

“Üsuli-Kafi” kitabında Muhəmməd ibni Müslim İmam Baqirdən (ə) nəql edir: “Ey Muhəmməd ibni Müslim! Mömin günah işlədər və tövbə edər, sonra onun günahı bağışlanar. Tövbədən sonra işlərini əvvəldən başlayar. Allaha and olsun ki, bu tövbə ancaq əhli-imanın tövbəsidir”ş

Ərz etdim: “Öz tövbəsini pozandan sonra günah edər və sonra yenə tövbə edərsə necə?”.

Buyurdu: “Ey Muhəmməd ibni Müslim! Heç inanarsanmı ki, mömin bəndə günahına görə peşman olar, Allahdan əfv istəyər, tövbə edər və Allah onu bağışlamasın?”.

Dedim: “O, dəfələrlə bu cür edir, günah edir və tövbə edir”.

Buyurdu: “O zaman ki, mömin tövbəyə qayıdar, Allah da bağışlanmanı ona tərəf qaytarar. Allah bağışlayan və mehribandır. Tövbəni qəbul edər və pislikləri uzaqlaşdırar”.

Nəsuh tövbəsi

“Üsuli-Kafi” kitabında İmam Sadiqdən (ə) bu ayənin mənası haqqında soruşurlar: “Ey möminlər! Allaha tərəf tövbə edin! Nəsuh tövbəsi”. İmam (ə) cavabında buyurur: “(yəni) bəndə günahına görə tövbə edər və sonra ona qayıtmaz”.

Axır nəfəsdə tövbə

İbni Vəhəb deyir: “Məkkəyə tərəf yola düşmüşdük və bir qoca kişi də yanımızda var idi. Ancaq onun bizim məzhəbimizdən xəbəri yox idi. Səfərdə namazı bütöv qılardı. Qardaşı oğlu Əhli-Beyt (ə) davamçısı idi, o, da bu səfərdə iştirak edirdi. Baş verən hadisədən sonra qoca xəstə olur. Qardaşı oğluna dedim ki, əmini Əhli-Beyt (ə) məktəbinə gətirsən, ola bilsin ki, İlahi əzabdan xilas olsun. Onunla olanların hamısı dedi: “Qoca kişini öz halına buraxın. Elə bu halda olmağı yaxşıdır”. Ancaq qardaşı oğlu dözməyib deyir: “Ey əmi! Bütün insanlar, çox az insanlardan başqa Peyğəmbərin (s) dinindən xaric olublar. Necə ki, Peyğəmbərə (s) itaət edirdik, elə də Əli ibni Əbi Talibə (ə) itaət etməliyik. O və ona itaət etmək Peyğəmbərdən (s) sonra haqdır”.

Qoca nəfəs alıb, fəryad çəkdi: “Mən sən dediyin şeyə inam gətirdim”. Sonra canını verir. Xidmətdən sonra İmam Sadiqin (ə) hüzuruna getdim. Əli ibni Sərri macərani ona danışdı. O, buyurdu: “O kişi behişt əhlidir”. Əli ibni Sərri dedi: “O, həmin vaxt Əhli-Beyt (ə) məktəbindən başqa bir şeyə agah deyildi”. İmam buyurdu: “Bundan başqa ondan nə istəyirsiniz? Allaha and olsun ki, o, behiştə getmişdir”.

Hazırladı: Məşhədi Xanım,
Oxşar xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31