Birinci mərhələ əxlaq, ikinci mərhələ əxlaq
Müəllif: Admin
Tarix: 29-12-2016, 12:28
Birinci mərhələ əxlaq, ikinci mərhələ əxlaq

Hər bir ilahi din və bəşəri məktəblərin təyin etdiyi bir sıra önəmli əxlaqi normativlər vardır ki, onlara riayət etmək fərdin kamilləşməsində və cəmiyyətin mənəvi tərəqqisində önəmli rol oynayır.

Bəşəri məktəblərdə bu cür əxlaqi normativlər daha çox insanlar arası münasibətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. Ancaq ilahi dinlərdə adıkeçən məktəblərdən fərqli olaraq fərdin kamilləşib, cəmiyyətin mənəvi tərəqqisi üçün Tanrı-insan arası münasibətlərin tənzimləməsində də insan üzərinə düşən bir sıra olduqca əhəmiyyətli əxlaqi öhdəliklər vardır.

Bu səbəbdən, İlahi dinlərdə Tanrının buyruq və yasaqlarına əməl olunmasına xüsusi önəm verilməkdədir. Misalçün, xiristian dinində tanrıya inam, insanlara qarşı sevgi və xeyirxahlıq xiristianların üzərinə düşən ən böyük əxlaqi öhdəlikdir.

İslam dinində isə Tanrıya itaət edərək mərifət tapmaqa, insanlara qarşı sevgi, sayğı, sədaqət, nəzakət və s, başqa əxlaqi özəlliklərin riayətinə olduqca böyük əhəmiyyət verilir.

Həmçinin, bəşəri məktəblərdən Kant əxlaq fəlsəfəsində insanın əxlaqi dəyərləri qarışılıqsız və təmannasız icrası hər kəsin üzərinə düşən ən mühüm əxlaqi vəzifədir. Ancaq bəzən insan bilərkdən, bəzənsə cəhalətdən dolayı, bəzən də emosiya və hisslərinə yenilərəkdən Tanrı və insanlara qarşı əxlaqi borcunun icrasında kəsalət göstərir. Misalçün, insan bəzən nəfsinə yenilərək Tanrıya itaətdən boyun qaçırır, yaxud insanlara qarşı sayğısızlıq edir, emosiyaya qapanıb kiməsə qarşı qaba , yekəxana hərəkətlər edir, bir başqasına yalan danışır və s.

Əxlaq filosofları (Moral philosophers) bu cür hallarda insanlara ikinci mərhələ əxlaqlı olmağı təklif edirlər. Belə ki, əgər insan Tanrıya itaətdən boyun qaçırıb, Tanrının buyruq və yasaqlarına əməl etməyibsə, gərək Tanrıdan bağışlanmasını diləyə və itaətsizliyindən dolayı peşmançılıq hissi keçirə.

Və həmçinin, əgər insanlara qarşı əxlaqi normativləri pozub, kiməsə qarşı pislik, sədaqətsizlik, sayğısızlıq, ədalətsizlik edərsə, gərək insanlara qarşı əxlaqi normativləri pozmasından dolayı üzürxahlıq edə, tutduğu işdən dolayı peşmançılıq, özünü danlayıcı utanc hissləri keçirə, taki, ikinci mərhələ əxlaqlı bir şəxs ola bilsin.

Xülasə, əgər insan nə vaxtsa əxlaqi normativləri pozarsa, tutduğu işdən dolayı peşmaçılıq, üzürxahlıq, utanclıq hissləri yaşamalıdır ki, ən azından ikinci mərhələ əxlaqa riayət etmiş olsun.

Sonda, qeyd etmək istərdim ki, bu cür yanaşma (ikinci mərhələ əxlaqlı olma) müasir əxlaq fəlsəfəsində gündəmə gətirilməzdən öncə ilahi dinlərdə tövbə etmə kimi təlimlərlə ifadə olunmaqdadır.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31