Şəhid Mütəhhərinin şəhadətindən 3 gün əvvəl gördüyü yuxu
Müəllif: admin1
Tarix: 19-09-2019, 19:03
Şəhid Mütəhhərinin şəhadətindən 3 gün əvvəl gördüyü yuxu
Bir gün Ustad Şəhid Mütəhhəri yuxudan elə sıcradı ki, həyat yoldaşını yuxudan ayıltdı.

Bir gün Ustad Şəhid Mütəhhəri yuxudan elə sıcradı ki, həyat yoldaşını yuxudan ayıltdı.

Soruşdu: "Nə olub?”.

Dedi: "Yuxu gördüm”.

Soruşdu: "Nə yuxusu?”.

Dedi: "Peyğəmbəri (s) gördüm. Mən və rəhmətlik İmam (r) Məkkəyə getmişdik. Təvaf edirdim və Həzrət Peyğəmbəri (s) gördüm ki, bizə tərəf gəlir.

Özümü kənara çəkib dedim: "Ya Rəsulallah, müəllimim sizin övladlarınızdandır”.

Peyğəmbər (s) Ağanı öpdü və sonra isə mənim üzümdən öpdü. Sonra isə mən yuxudan durdum. Hələ də Peyğəmbərin (s) dodaqlarının istisini hiss edirəm”.

Bu hadisə şəhadətinə üç gün qalmış olmuşdu.

Şəhid Mütəhhəri tələbə olan zaman bir yuxu görür. Yuxuda görür ki, yatmışdır və bir nəfər gəlib onu ayıltmaq istəyir.

Soruşur ki, sən kimsən? Deyir: "Mən Osman ibni Hənifəm. İmam Əlinin (ə) şəhər valisi”.

Soruşur: "Mənimlə nə işin var?”.

Deyir: "Məni İmam (ə) göndərmişdir ki, sənə deyim ki, gecə namazı qılasan”.

O, yuxudan ayılır və hücrə yoldaşını yuxudan ayıldıb deyir: "Qalx, qalx gecə namazı qılaq”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031