Bu insanların İlahi rəhmətdən iki payları vardır
![]() Təfsirçilərin nəzərinə görə, bu ayədə xitab olunan insanlar o xristianlar idilər ki, Həzrət İsadan (ə) sonra Həzrət Peyğəmbərə (s) iman gətirmişdilər. Ona görə də Allah onlara həm Həzrət İsa peyğəmbərə (ə) iman gətirməyin savabını verər və həm də Həzrət Muhəmmədə (s) iman gətirməyin. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “O xristianlar ki, mənə iman gətiriblər, rahibliyin haqqını əda ediblər”. Əlbəttə bu ayəni başqa cür də təfsir edirlər. O müsəlmanlar ki, həm Allaha və həm də Peyğəmbərə (s) iman gətiriblər, onların İlahi rəhmətdən iki payları olacaqdır. Yuxarıdakı ayədən çıxartdığımız nəticələr: 1. Allaha iman bəsləmək üçün təqva olmalıdır. 2. Davamlı olaraq imanı dərinləşdirmək lazımdır. 3. Hər bir iman və təqva rəhmətin paylarındandır. 4. Təqvalı insan heç bir zaman çıxılmaz vəziyyətə düşməz. 5. Mömin günahdan məsum deyildir, ancaq təqvalıdır və təqva qalxanı ilə meydana gələr. 6. İlahi rəhməti qəbul etmək üçün irq, yaş, qəbilə meyar deyildir, iman və təqva meyardır. /Deyerler.org/ Oxşar xəbərlər
|
|