Dünya və axirətdə xeyir qazananlar
Müəllif: Admin
Tarix: 6-06-2020, 22:53
Dünya və axirətdə xeyir qazananlar
Məsumlar (ə) bizə davamlı olaraq Quran oxumağı tövsiyə edirlər və Qurana əməl etmək ancaq onu tanımaq yolu ilə mümkün olar. Bu tanımaq üçün isə Quranla davamlı olaraq ünsiyyət qurmaq lazımdır.

“Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında(həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar.

Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər. Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər. Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.

Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.

Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.

Və o kəslər ki, özlərinin (xalqla və yaradanla)əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.

Və o kəslər ki,namazlarını (tam və kamil olması baxımından) qoruyurlar. Onlardır varislər! Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər”. (“Möminun” 1-11).

Allah Təala bu ayədə aqibəti xeyir olanların sifətlərini bəyan etmişdir. Buyurur ki, möminlər o kəslərdir ki, həyatın hər bir sahəsində öz hədəflərinə çatıblar.

Xoşbəxt insan o kəsdir ki, yolunda olan bütün maneələri qaldıra bilsin və irəli getsin. Yəni bu insan həm maddi və həm də mənəvi həyatda müvəffəqiyyət qazanmışdır.

Dünya həyatında ona görə müvvəffəqdir ki, azad, başıuca, izzətli və ehtyacsızdır. Bütün bunlara isə iman vasitəsilə nail olmuşdur. Axirət həyatında isə ona görə müvəvəffəq olmuşdur ki, İlahi rəhmətə qovuşmuşdur və pak və layiqli dostları ilə birlikdə kamala və izzətə çatmışdır.

Möminin ilk nümunəvi sifəti kimi namaz qılmağını göstərmişdir. Onların namazı adi namaz deyildir. Onlar Allahın qarşısında həm bədənləri və həm də ürəkləri ilə itaət edərlər.

Yəni, namaz möminin nişanəsi deyildir, bəlkə möminin nişanəsi təvazökarlığı və itaətkar olmasıdır.

Yəni, namazda o qədər Allaha diqqət edərlər ki, özlərini unudarlar. Allahla söhbətə o qədər qərq olarlar ki, bütün varlıqlarına təsir qoyar. Özlərini sonsuz Varlıq qarşısında zərrə kimi görərlər.

Onlar üçün bəyan olunan ikinci sifət isə hər cür pis və yersiz işdən çəkinməkləridir. Onların həyatda hədəfləri vardır və yersiz işdən uzaqdırlar. Onlar əməldə yersiz işdən çəkindikləri kimi, fikirdə də onları Allahdan qafil edəcək hər bir düşüncədən uzaqdırlar.

Möminin üçüncü sifəti isə zəkat verməkdir. Onlar həm vacib və həm də müstəhəb zəkatlarını yerinə yetirərlər. Onların dördüncü sifəti iffətli olmaqlarıdır. Onlar özlərini hər bir iffətsizlikdən qoruyarlar.

Möminin beşinci və altıncı sifəti isə əmanətdar olmaqları və əhdə vəfa etməkləridir. Əmanət dedikdə Allahın, Peyğəmbərin (s) və insanların əmanəti nəzərdə tutulur. Allahın verdiyi bütün nemətlər onun yanında əmanətdir, həmçinin malı və övladları.

Möminin sonuncu nümunəvi sifəti isə namazını qorumağıdır. Möminin sifətlərini bəyan edən zaman, Allah Təala namazla başlayır və namazla bitirir. Çünki namaz elə bir vasitədir ki, insanla Xaliq arasında rabitə yaradar və insanı Allaha yaxınlaşdırar. Namaz - tərbiyə məktəbidir. Namaz insan ruhunu və canını ayıldar və günah qarşısında qoruyar.

Quranın başqa ayələrində də aqibəti xeyirli olanları sifətləri bu cür bəyan edilmişdir: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.

O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət(Qiyamət) gününə yəqinlikləri vardır.

Məhz onlar (Qur’anın hidayətindən qabaq)Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır(və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”.

Bu ayələrə görə qeybə iman bəsləmək, namaz qılmaq, infaq etmək, Qurana, məada, axirətə inanmaq - nicat tapanların sifətləridir. Ancaq onların aqibəti xeyirli olacaqdır.


Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031