Şəriət baxımından falçıya getmək olarmı?
Mьəllif: admin1
Tarix: 21-05-2025, 13:46
Şəriət baxımından falçıya getmək olarmı?
Ayətullah Şubeyri Zəncaninin dəftərxanası falçıya getməklə bağlı sualı cavablandırlıb.

Sualda deyilir:

“Camaatın bəzisi kimlərinsə arasında məhəbbət yaratmaq və kimlərinsə arasında kin-küdurət yaratmaq üçün və ya itən bir əşyanı tapmaq üçün dua yazana müraciət edir. Ondan istəyilər ki problemlərini həll etsin. Bu iş şəriətdə düzgündürmü?”

Cavab: “Adətən bu işlər digərlərinə zərər yetirməklə nəticələnir. Ona görə haramdır. Həmçinin sehrdən istifadə edib, kiminsə sirrini açmaq və digər fəsadlar törətmək haramdır.

Hətta belə olmasa da bu işlər tövsiyə olunmur və onlardan uzaq durmaq lazımdır. Möminlər də preoblemlərin aradan qaldırılması və bəlaların gəlməməsi üçün Allah təvəkkül etməklə, məsumları vasitə qərar verməklə və habelə yalnız məsumlardan nəql edilən dualardan istifadə etməklə bunu edə bilərlər.”
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30