Qəza namazının cəzası
Mьəllif: admin1
Tarix: 26-07-2022, 10:17
Qəza namazının cəzası

İndi əgər bir gecə, gecə (nafilə) namazım qəzaya getsə, səhəri günü mənə nazil olacaq bəlanı gözləyirəm.

Şeyx Noxudəki ləqəbi ilə məşhur olan böyük arif Həsənəli İsfahani öz oğluna vəsiyyət edərək deyir:

Əgər bir nəfər qırx gün riyazət və ibadətlə məşğul olsa, ancaq bir dəfə sübh namazı qəzaya getsə, onun qırx gün ibadətinin nəticəsinin dəyəri olmayacaq və puça dönəcək.

Oğlum! Bil ki, ömrüm boyu yalnız bir dəfə sübh namazım qəzaya getdi. Həmin günün axşamı bir oğlan övladım vəfat etdi. Həmin gecə səhərə yaxın röya aləmində mənə dedilər ki, sübh namazını qəzaya verdiyin üçün bu müsibətə düçar oldun.

İndi əgər bir gecə, gecə (nafilə) namazım qəzaya getsə, səhəri günü mənə nazil olacaq bəlanı gözləyirəm.

Oğlum! Sənə tapşırıram ki, namazını ilk vaxtda qıl və bacardığın qədər gecə namazından qafil olma.

İmam Rza (ə) hərəminin mühafizəçilərinin rəisi deyir:

Çox soyuq qış gecələrindən biri idi və qar yağırdı. Gecənin axırında göstəriş verdim ki, hərəmin bütün qapılarını bağlasınlar.

Xadimlərdən biri Şeyx Həsənəlinin hərəmin damında günbəzin yanında namaza məşğul olduğunu xəbər verdi və dedi ki, Şeyx namaz qılır və bir müddətdir ki, rükuya getmişdir. Neçə dəfə onu xəbərdar etmək üçün getdim, ancaq rükuda gördüm.

Xadimə dedim ki, Şeyxlə işin olmasın, ancaq damın arxa otağına bir az odun qoy. Şeyx namazı qurtardıqdan sonra orada isinsin.

O gecə Məşhədə bərk qar yağdı. Səhər vaxtı qapıları açmaq üçün hərəmə gəldim. Həmin xadimə dedim ki, get gör Şeyx neynir.

Xadim bir neçə dəqiqədən sonra gəlib dedi: - Şeyx hələ rükudadır və kürəyi qarla örtülüb.

Məlum oldu ki, Şeyx gecənin əvvəlindən səhərə qədər rükuda olmuş, bərk soyuğu əsla hiss etməyib.

Qaynaq: "Nişani əz binişanha”, səh. 31.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930