İnsan üçün ən qorxulu üç an
Mьəllif: admin1
Tarix: 12-08-2019, 09:56
İnsan üçün ən qorxulu üç an
İmam Riza (ə) buyurub: İnsan üçün onun həyatının üç ən qorxulu anı var:

1. Doğulan vaxt gözünü dünyaya açdığı zaman.

2. Ölən vaxt o biri aləmin varlıqlarını görən zaman.

3. Qiyamət günü qəbirdən qalxıb yeni səhnələr müşahidə etdiyi zaman.

Allah-təala Yəhya peyğəmbərə (ə) bu üç vaxtda salam göndərib buyurub: “Salam olsun ona doğulduğu gün, ölüm zamanı və (Qiyamət günü yenidən) diriləcəyi zaman”. (“Məryəm” surəsi, ayə 15)

Eyni zamanda bu üç mərhələdə İsa Məsih də (ə) özünə salam göndərərək həmin dəhşətli anlardan ötrü özünə təskinlik vermişdir: “Salam olsun mənə doğulduğum gün və öləcəyim vaxtda və bir də dirilib ayağa qalxacağım gün”. (“Məryəm” surəsi, ayə 33)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930