Qurani-Kərimi ilk dəfə dilimizə çevirən azərbaycanlı
Mьəllif: admin1
Tarix: 2-11-2022, 10:53
Qurani-Kərimi ilk dəfə dilimizə çevirən azərbaycanlı

Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi (Şəkili)
Azərbaycanın böyük islam alimi Məmməd Həsən Mövlazadə, həmçinin Qurani Kərimi Azərbaycan dilinə tərcümə edən ilk Azərbaycanlı dini alimdir. Bundan əlavə, o Qurani Kərim üzrə izahlı lüğətin müəllifidir.

Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır.

1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır. Sonralar o, Qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır.

Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir.

Şeyxülislam M.Mövlazadə İraqa, İrana və Səudiyyə Ərəbistanına səfərlər edərək, biliyini daha da təklimlləşdirib. Dərin biliyə malik olan Hacı Məmmədhəsən Tiflisdə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarə heyətinin üzvü seçilib.

Bundan sonra o, bir sıra ali ruhani vəzifələrində işləyib. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazi, 1907-ci ildən 1909-cü ilədək (Şeyxülislam Əhdüssəlam Axundzadənin vəfatından sonra) şeyxülislam əvəzçisi olub.

1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir.

1908-ci ildə Məhəmməd Həsən Mövlazadə Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam seçilir.

1908-ci ildə Məhəmməd Həsən Movlazadənin "Kitab əl-bəyan fi təfsir əl-Quran" adlı kitabı çap olunur. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və təfsirini vermişdir. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr olunur .

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi 1932-ci ildə vəfat etmişdir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930