İmam Sadiqin (ə) Ərbəin zəvvarlarına 13 tövsiyəsi
Mьəllif: admin1
Tarix: 11-11-2016, 18:29
İmam Sadiqin (ə) Ərbəin zəvvarlarına 13 tövsiyəsi
Ərbəin ziyarəti böyük savaba malik olan bir əməldir ki, onun həyata keçirilməsi üçün də bəzi ədəb-ərkan qaydaları buyurulubdur.

Hazırda dünyanın müxtəlif ölkələrindən Kərbəlaya İmam Hüseynin (ə) Ərbəin ziyarətinə axışanların sayı artmaqdadır.

Bu əzəmətli səfərin baş tutması üçün bir sıra mühüm ədəb-ərkan qaydaları və əməllər haqda İmam Sadiqdən (ə) bir hədis nəql edilibdir.

Bu hədisdən iqtibas edilmiş İmam Sadiqin (ə) Ərbəin zəvvarlarına tövsiyələrini təqdim edirik:

1. Səfər zamanı “Sənlə yoldaşlıq edənlərlə yaxşı yoldaş ol”

2. “Az danış, yaxşı məsələlər istisna olmaqla” (Yəni yaxşı məsələlər haqda çoxlu möizə edin)

3. “Allahı çox zikr et!”

4. “Paltarlarınız təmiz olsun”

5. “Hüseynin (ə) qəbrinə çatmamışdan öncə qüsl etmək”

6. “Çoxlu namaz qılmaq”

7.“Salavat zikrini demək”

8. “Vüqarlı olmaq (yüngüllük etməmək), xüsusilədə sənə aid olmayan şeyləri almaq məsələsində”

9. “Gözünü haramdan yum”

10. “Yoldaşlarından kiminisə ehtiyaclı olduğunu gördükdə onlara yardım et!”

11. “Dinin təməli olan təqiyyəyə riayət etmək də lazımdır”

12. “Qadağan edilmiş məsələlərdə təqvalı ol!”

13. “Höcətləşməkdən, çoxlu and içməkdən mübahisə eləməkdən çəkin!”

(islaminsesi.info)/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930