Ali Rəhbər Ayətullah Xamenei Ərbəin yürüşü ilə bağlı
Müəllif: Admin
Tarix: 17-10-2018, 10:08
Ali Rəhbər Ayətullah Xamenei Ərbəin yürüşü ilə bağlı
Ali Rəhbər Ayətullah Xamenei misilsiz bir təzahür, möhtəşəm və dolğun mənalı bir hərəkat olan Ərbəin yürüşünün həmişəyaşar savab olduğunu bildirərək dedi: “Eşq və imanın, ağıl və emosiyaların vəhdəti Əhli-Beyt (ə) məktəbinin özünəməxsus cəhətlərindəndir. Dünyanın müxtəlif ölkələrindən olan insanların eşq və imanla bu misilsiz təzahürə qatılması, heç şübhəsiz, Allahın nişanələrindəndir”.

İraq əhalisinin Ərbəin zəvvarlarını böyük sevgi və qonaqpərvərliklə qəbul etdiyinə toxunan Ayətullah Xamenei özündə bu dolğun mənalı hərəkatda iştirak etmək üçün mənəvi güc tapmış insanlara bu fürsəti qənimət bilib dəyərləndirməyi tövsiyə edərək dedi: “Mən də uzaqdan Ərbəin zəvvarlarına qibtə edir, sizinlə birlikdə ola bilməyi arzulayıram”.

“Peyğəmbər (s) ailəsi ilə mənəvi-emosional əlaqə qurmaq, bu nurlu, müqəddəs və dahi şəxsiyyətləri ziyarət etmək fürsəti İslam firqələri arasında şiə məfkurəsinin üstün cəhətlərindəndir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran və dünyanın digər ölkələrindən insanların Ərbəin yürüşündə iştirak etmək üçün möhtəşəm bir şəkildə ora axışması Əhli-Beyt (ə) məktəbinin qabarıq xüsusiyyətlərinə bir nümunədir. Burada həm iman, həm qəlbən etiqad və dürüst, səmimi inanc, həm də eşq və məhəbbət dalğalanır”.

Ali Rəhbər həmçinin Ərbəin zəvvarlarına qayda-qanun və intizama riayət etməyi də tövsiyə edərək dedi: “Dövlət ölkədən çıxışla bağlı müəyyən qaydalar tətbiq edib. Onlara mütləq riayət etmək lazımdır və qayda-qanundan kənar davranışlar arzuolunmazdır”.

fiqh mövzusunda xüsusi mühazirə kursunun toplantısı
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031