"Hamı ilə gözəl danışın"
Mьəllif: admin1
Tarix: 6-11-2016, 20:00
 "Hamı ilə gözəl danışın"
"Quran Peyğəmbərə (s) xitabən buyurur: Sən əzəmətli əxlaq sahibisən. Allahın sənə olan rəhməti sayəsində insanlarla yumşaq davranırsan. Əgər acı dil olsaydın ətrafından uzaqlaşardılar. Yumşaq davranmağın səbəb oldu ki, insanlar ətrafına toplaşsın, tərbiyə olunsunlar. Peyğəmbər (s) buyurub: "Mən Allahın, Əli isə mənim tərbiyə olunmuşumdur".

Böyük əxlaqa sahib olan Peyğəmbərimiz (s) əxlaqi dəyərləri tamamlamağa görə seçilib. Onun (s) bütün addımları ədəbə uyğun idi. Ədəbli danışmaq onlardan biridir. Quran buyurur: İnsanlarla gözəl danışın. Təəccüblüsü budur ki, bu ayə “müsəlmanlarla, şiələrlə gözəl danış” demir, bütün insanlarla gözəl danışmağı tövsiyə edir. Çünki islam bütün bəşəriyyətə nazil olub. Hamı ilə gözəl danış, çünki ünsiyyətin ən real yolu danışmaqdır. İnsanın şəxsiyyətini tanıtdıran danışığıdır."


Höccətül-islam Haşiminejadın moizəsindın tərcümə edilib İslamazeri.az
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930