SALEHLƏR DUASI
Mьəllif: admin1
Tarix: 28-10-2016, 12:42
SALEHLƏR DUASI

Dəryanın ortasında şiddətli dalğalar qalxdıqda insan boğulmaq təhlükəsi hiss edir. O bu zaman dua etməyə başlayır.
Pak imamlar tərəfindən nəql olunmuş bütün dualar Allah-təalaya yaxınlaşmaq üçün qiymətli vasitələrdir. Lakin bəzi duaların əlavə məziyyətləri də vardır.
Bu dualarda Əhli-beyt maarifindən xəzinələr mövcuddur. Bu dualara diqqətlə nəzər saldıqda öz tutumumuz, düşüncəmiz, mərifətimiz və diqqətimiz qədərində onların qiymətli maarifindən bəhrələnə bilərik. “Məkarimul-əxlaq” duası bu növ dualardan sayılır. Bu böyük duanın hər cümləsi insan üçün mühüm dərslər və xəbərlərlə zəngindir. Adından məlum olduğu kimi, duanın əsas mövzusu əxlaqi məsələlərdir. Duanın məzmununa diqqət yetirdikdə dəyərli əxlaqi nöqtələr nəzəri cəlb edir.
Duanın adı bizə Allaha dua zamanı yalnız dünyəvi və maddi işləri düşünməməyi öyrədir. Əksər dua edənlər çox zaman maddi, dünyəvi ehtiyaclarının aradan qaldırılmasını istəyirlər. Əxlaqi fəzilətlərin əldə olunması üçün Allaha dua etməyin zəruri olduğunu çox az düşünürlər. Əxlaqi fəzilətlər maddi işlərdən üstün olduğundan onların əldə olunması üçün daha çox dua etmək lazımdır.
Biz, adətən ehtiyaclarımızın ödənməsi üçün maddi vasitələr olmadıqda dua edib Allahdan kömək istəyirik.
“Gəmiyə mindikləri zaman (dəryada batacaqların-dan qorxub, dində ixlas sahibi olan möminlər kimi) yalnız Allaha dua edərlər.”
Dəryanın ortasında şiddətli dalğalar qalxdıqda insan boğulmaq təhlükəsi hiss edir. O bu zaman dua etməyə başlayır. İnsan çətin bir problemlə qarşılaşarkən onun aradan götürülməsi üçün gücü çatmayacağını gördükdə Allahdan kömək istəyir. Lakin hər bir ehtiyacımızı və olanlarımızın davamlılığını Allahdan istəməliyik. Çünki varlıq aləmi Onun qüdrəti altındadır. Bütün vasitə və səbəblərin qaynağı Odur. Həmçinin Allahın bizə əta etdiyi şeylərin davamlı olması Onun əlindədir. Bu baxımdan, qarşıya çıxan ehtiyaclarla mənəvi və əsas ehtiyaclar arasında bir fərq yoxdur.
Halal ruzi əldə etmək üçün işlə məşğul olan fəhlə evdən çıxdıqda əl, ayaq, göz, ağıl, həyat və ixtiyarında olan digər saysız nemətlərin Allah tərəfindən olduğunu düşünməlidir. Bu vasitələrin istənilən birində nöqsan yarandıqda o istəklərinə çatmayacaqdır. Demək, çalışmaqla yanaşı öz ehtiyaclarını Allahdan istəməlidir.
Elm öyrənən şagird təhsil almaq üçün çalışmalı, lakin müəllim, kitab, eşidən qulaq, düşüncə, sağlamlıq kimi vasitələrin Allah tərəfindən olduğuna inanmalıdır. Əgər bu vasitələr davamlı olmazsa, o elm öyrənməyə müvəffəq olmayacaqdır. Demək, insan Allahdan elm öyrənmək vasitələri əta etməsini istəməlidir.
İnsanın əsas ehtiyaclarından biri gözəl əxlaq və insani səciyyələrdir. Çalışıb kobud əxlaqdan uzaqlaşmaq, onun yerinə əxlaqi fəzilətləri canişin etmək lazımdır. Lakin bütün vasitələr və səbəblər Allahın ixtiyarında olduğu üçün bu işdə də Allahdan tövfiq istəməliyik. Yaranış nizamındakı bütün vasitə və səbəblər ilahi feyzin axarıdır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930