Məhşər əhli belə arzu edəcək: Kaş biz də Fatiməni sevənlərdən olaydıq!
Mьəllif: admin1
Tarix: 1-01-2021, 11:26
Məhşər əhli belə arzu edəcək: Kaş biz də Fatiməni sevənlərdən olaydıq!
“Furatul-Kufi” təfsir kitabında İmam Əlinin (ə) Peyğəmbərdən (s) nəql etdiyi uzun bir hədis yazılmışdır. Hədis Qiyamət gününə və həzrət Fatimənin (ə) həmin gün əzəmətli məqamının hamı üçün görünməsindən söz açır. Hədisin bir hissəsində deyilir:

Peyğəmbər (s) qızı Fatiməyə (s.ə) xitab edərək buyurur: … Elə ki, minbərin üstünə qalxdın, Cəbrail Subhan Allahın tərəfindən sənin yanına gələrək deyər: - Ey Fatimə (s)! Öz hacətlərini istə.

Qızım, Fatimə (s), onda sən deyəcəksən: -İlahi, mənim istəyim şiələrimdir.

Mehriban Allah cavab verəcək: - Ya Fatimə! Mən onları bağışladım.

Sonra deyəcəksən: - İlahi! Mənim övladlarımın şiələrini və onların dostlarını bağışla!

Allah buyurar: - Mən onları bağışladım.

Sonra deyəcəksən: -Mənim şiələrimin də şiələrini bağışla.

Allah buyurar: - Onda məhşərə gir! Kim sənə tərəf əl uzatsa (şəfaət istəsə) onlar cənnətdə səninlə bir yerdə olacaq”.

Bunu görən məhşər əhli “Kaş onlar da Fatiməni sevənlərdən olaydıq”- deyə, arzu edəcəklər.

Ya Fatimə (s), sənin şiələrin, sənin övladlarının şiələri və Əlinin şiələri bütün qəm-qüssələrdən amanda olacaqlar. Qiyamət günü onların ayıb yerləri örtülü olar, Qiyamətin çətinlikləri onlara asan gələr, bütün qorxu və vəhşətlər onlar üçün asanlaşar.

O gün hamı qorxduğu halda onlar qorxmayacaq, hamı susuz olduğu halda onlar susuzlamazlar.

Qaynaq: “Təfsiri Furat”, səh. 445 və 446.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031