İmam Hüseyn (ə): "Sən Allah xatirinə azadsan"
Mьəllif: admin1
Tarix: 18-10-2016, 08:39
İmam Hüseyn (ə): "Sən Allah xatirinə azadsan"

Onlar əfv etməkdə elə bir ləzzət tapırlar ki, bu, intiqamda əsla mümkün deyildir.
İlahi ədəblə tərbiyə olunmuş böyük və görkəmli şəxsiyyətlər böyük və ya kiçik olan hər bir işdə Allah kimi hərəkət edirlər; heç vaxt yaxşılıqları - nə qədər kiçik olsalar da belə - unutmurlar, pislikdən və cinayətkarlardan intiqam almaqda və onlarla mübarizədə də tələsmirlər, əksinə, ən kiçik bir üzrlə və xahişlə böyük xətaları bağışlayırlar, ən kiçik bir yaxşılığa, mehrə və ədəbə böyük hədiyyələr verir, bə᾽zən bir dağı bir saman çöpünə bağışlayırlar. Onlar əfv etməkdə elə bir ləzzət tapırlar ki, bu, intiqamda əsla mümkün deyildir. Hədiyyədə də heç vaxt əməlin kiçikliyinə və tərəfi-müqabilin əhəmiyyətsizliyinə diqqət yetirmirlər. Onlar həmişə Pərvərdigarın razılığını, əzəmətini, böyüklüyünü və öz uca şəxsiyyətini, uzaqgörməyənlərin xoşuna gəlməsə də, əməlin ölçüsü hesab edirlər.
Bu məsələdə yenə də Şəhidlər sərvəri həzrət Məhəmmədin (s) və həzrət Əlinin (ə) evinə və ocağına baş vuraq, şəhidlərin sərvəri əziz Hüseynin (ə) məktəbindən bir nümunə nəql edək. İmam Hüseynin (ə) qulamlarından biri bir cinayət törətmişdi ki, işgəncəyə və cəzaya layiq idi. İmam Hüseyn (əleyhissalam) əmr verdi ki, ona cəzalandırsınlar. Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) xanədanının əhval-ruhiyyəsindən və böyüklüyündən xəbərdar olan qulam dərhal bu ayəni oxudu: “Öz qəzəbini udan bəndələr...”
Hüseyn (əleyhissalam) buyurdu: “Onu azad edin!”
Qulam bu ayəni oxudu: “Onlar ki, insanları əfv edirlər...”
Hüseyn (əleyhissalam) buyurdu: “Səni bağışladım.”
Qulam bu ayəni oxudu: “Allah yaxşı əməl sahiblərini sevir.”
Hüseyn (əleyhissalam) buyurdu: “Sən Allah xatirinə azadsan və sənə indiyə qədər verdiyimdən iki dəfə çox haqq verməyi qərara aldım.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930