Yezidsevər vəhhabi alimləri belə onun bu cinayətini ört-basdır edə bilmədilər
Müəllif: admin1
Tarix: 22-08-2021, 12:20
Yezidsevər vəhhabi alimləri belə onun bu cinayətini ört-basdır edə bilmədilər
Yezidi sevən vəhhabi alimləri bu tarixi cinayəti araşdırsınlar.

Yezid ibni Müaviyə (26-64 h.q) atası Müaviyədən sonra cəmi 4 il hakimiyyətdə olub. Həmin o dörd ilin əksər vaxtlarını da eyşi-işrətdə, qadınbazlıq, meymunbazlıq və qətliamlar törətməkdə keçirərdi.

Aşurada müsəlmanların üçüncü İmamı İmam Hüseyn (ə) onun əmri ilə şəhid edildikdən sonra artıq Yeziddən hər şey gözlənilirdi.

O hicrətin 63-cü ilində Mədinədə Hürrə qətliamını törətdi. Yezidin sərkərdəsi Müslim ibni Üqbənin ordusu 3 gün ərzində Mədinəni tarac etdi, kişiləri qətl, qadınlara isə təcavüz etdi. Bu üç günün içində Yezidin ordusu Mədinədə 10 minə yaxın insanı qətliam etdi. Həmin il Mədinədə təcavüz və zinadan yüzlərlə uşaq dünyaya gəldi.

Amma bu islam üçün onun törədəcəyi növbəti cinayət yanında kiçik bir şey idi. Onu bu cinayətlərə cürətləndirən islam ümmətinin İmam Hüseynin (ə) şəhadətinə və Aşura faciəsinə görə Yezidə etiraz etməməsi idi.

Yezid növbəti cinayətini hicrətin 64-cü ilində Məkkədə törətdi. Həsin ibni Nəmir (Aşura günündə İmam Hüseynə qarşı vuruşan sərkərdələrdən biri) ordu ilə Məkkəyə üz tutdu. O Abdullah İbni Zubeyrin tərəfdarlarını Məkkədən çıxarmalı idi.

O iki ay müqavimətlə üzləşdi. Məkkə muhasirəyə alındı. Hücum zamanı İbni-Zubeyrin adamları Kəbə evi təhlükəsizdir deyə oraya sığındılar. Yezidin ordusu isə Məscidul-Həram və Kəbə evini daş mancanaqları ilə daşladılar. Atılan odlu maddələr kəbə evinin divarındakı parçaları yandırdı.

Kəbənin dam örtüyü və bəzi divarları yandı. Vəziyyət getdikcə pisləşirdi. Birdən Yezidin ölüm xəbəri gəldi və Həsin ibni Nəmir ölən ağasının təcavüz əmrini bitirib, Şama dönməli oldu.

Yezid ibni Muaviyənin İmam Hüseynə qarşı və islam ümmətinə qarşı etdiyi zülmü ört-basdır etməyə çalışan vəhhabi alimləri tarix boyu həmişə Yezidin bu iki cinayətini gizlətməyə və onu müxtəlif istiqamətlərə yozmağa çalışıblar. Amma onlar xəlifələrinin bu cinayətlərini ört-basdır edə bilməyiblər.
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031