İmam Zaman (ə) İmam Hüseynə (ə) görə bu 4 məscidi dağıdacaq
Mьəllif: admin1
Tarix: 20-08-2022, 09:42
İmam Zaman (ə) İmam Hüseynə (ə) görə bu 4 məscidi dağıdacaq
İmam Hüseyn Aşurada şəhid edildikdən sonra 4 məscid tikildi və burada onun ölümünə görə şadlıq etdilər. İmam Zamanın zühur edərkən şüarlarından biri də “Mənəm Müntəqim” (İntiqam alan mənəm) olacaq.

İmam Zamandan bir çox hədislər və münacatlar nəql olunub ki, İmam orada babası Hüseynin sülaləsindən olduğunu, babasının susuz və zalımcasına qətlə yetirildiyini deyir.

İmam Zaman duaların birində “Haradadır Hüseynin qanının qisasını alanlar?” deyir və ona ağlayır.

Mənəvi Nüdbə duasında belə bir ifadə gəlib:

“Haradadır şirk və nifaq binalarını dağıdan?!”

Burada nifaq və şirk binalarını dağıdan şübhəsiz İmam Zamandır.

Bəs o hansı binaları dağıdacaq?

Mən la yəhzəruhul-fəqih əsərində (cild-1 səh-53), ər-Ricət (cild-2, səh-400) əl-İrşad (səh -365) və sair kitablarda bu haqda İmam Baqirdən belə bir hədis var:

“Əbu-Bəsir deyir: İmam Baqir buyurdu: Bizim qaimimiz qiyam edən zaman Kufədə 4 məscidi dağıdacaq. İmam Hüseynin öldürülməsinə görə şükr əlaməti olaraq,

Kufədə 4 məscid tikildi. Onlar Əşəs, Cureyr, Səmmak və Şəbəs ibni Rəbəi məscidləridir.”

Tarixi faktlara əsasən belə bir məscidlər olub, lakin onlar indi qalmayıb. İmam Baqirin vədindən görünür ki bu məscidlər İmam Zamanın zühurundan öncə kimlərsə tərəfindən yenidən bərpa ediləcək və İmam onları yerlə-yeksan edəcək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930