Dərdini quyuya danışan ağam!
Müəllif: admin1
Tarix: 5-09-2018, 12:56
Dərdini quyuya danışan ağam!
Meysəm deyir: “Bir gecə mövlam Əmirəlmöminin (ə) məni özü ilə Kufədən qırağa apardı. Nəhayət, Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub, dörd rəkət namaz qıldı. Salam və təsbihdən sonra əllərini qaldırıb belə dua etdi:

“İlahi, Səni necə çağırım? Halbuki, sənin xətakar bəndənəm. Və Səni necə çağırmayım? Halbuki, Səni tanıyıram və Sənin aşiqinəm. İlahi! Günaha bulaşmış əl, ümid dolu gözlə Sənə doğru gəlmişəm. Sən bütün nemətlərin sahibi, mən isə xətalarımın əsiriyəm…”.

İmam (ə) duanı axıra qədər oxuyub qurtardıqdan sonra səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə “əl-əfv” dedi. Daha sonra qalxdı və məsciddən bayıra çıxdı. Mən də onun ardınca gedirdim.

Nəhayət, səhranın ortasına çatdıq. Həzrət mənim qarşımda bir xətt çəkərək dedi: “Meysəm! Mən qayıdana kimi bu xəttdən irəli gəlmə”. Həzrət (ə) özü tək getdi və qaranlıqda gözümdən itdi.

Bir azdan məni narahatlıq bürüdü. Özümü qınadım ki, nə üçün ağamı bu qədər düşmən arasında tənha buraxdım? Ona bir hadisə üz versə, Allaha və Onun Peyğəmbərinə (s) nə cavab verəcəksən? Allaha and olsun! Onun sözündən çıxmış olsam da ardınca gedəcəm ki, ondan bir xəbər tutum.

Onu axtararaq bir quyunun başında gördüm. Əmirəlmöminin (ə) başını bədəninin yarısına qədər quyuya salıb, dərdini ona danışırdı. Mənim gəldiyimi hiss edən kimi soruşdu: “Kimsən?”

Dedim: “Meysəm”.

İmam (ə) buyurdu: “Sənə əmr etməmişdim ki, xətdən irəli keçməyəsən?”

Dedim: “Ey mənim mövlam! Düşmənlərinin sənə qarşı təhlükəsindən qorxdum. Ona görə də ürəyim dözmədi”.

İmam (ə) sonra soruşdu: “Nə dediyimi eşitdinmi?”

Dedim: “Xeyir, ey mənim mövlam”.

Həzrət mənə xitab edərək bu şeri oxudu:

“Sinəmdə elə sirlərim vardır ki, məni sıxdıqda əlimlə yeri yarıram və sirlərimi ora qoyuram. Bəs hər vaxt yer bir şey bitirsə, mənim əkdiyim toxumlardandır”.

Qaynaq: “Biharul-ənvar”, c. 40, səh. 199.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930