Ayətullah Fazil Dərbəndinin İmam Hüseyndən (ə) istəyi nə idi?
Mьəllif: admin1
Tarix: 22-09-2021, 21:03
Ayətullah Fazil Dərbəndinin İmam Hüseyndən (ə) istəyi nə idi?
İmam Hüseynə (ə) sevgisi, şer və xütbələri ilə məşhur olan böyük alim və arif Ayətullah Fazil Dərbəndi ilin 6 ayını Kərbəla və 6 ayını da Tehranda olurdu.

Kərbəlada olduğu 6 ayın birində sübh azanından zöhr azanına kimi İmam Hüseynin (ə) hərəminə gedir və yalnız ağlayırdı. Zöhr və əsr namazlarını qıldıqdan sonra naharı yeyib bir az istirahət edirdi.

Sonra yenə zərihin yanına gedib məğrib azanına qədər ağlayırdı. Onun bu ağlamağı bitin-tükənmirdi. Bu altı ay ağladığı müddətdə onun İmam Hüseyndən (ə) bir istəyi var idi.

Böyük alim ağlayaraq deyirdi: “Hüseyncan! Səni and verirəm anan Zəhranın (s.ə) haqqına! Bizim ürəyimizin soyuması üçün səndən istəyirəm ki, Qiyamətdə Şimri bağışlamayasan. Çünki mən sənin əvf etməkdə kim olduğunu yaxşı tanıyıram. Qorxuram, Qiyamətə daxil olan kimi deyəsən: İlahi, mənim qatilimi bağışla”.

Aləm hamı damla, dəryadır Hüseyn

Yaxşılar hamı bəndə, mövladır Hüseyn

Qorxuram şəfaət edə öz qatilinə

Əzbəs ki, kərimdir, ağadır Hüseyn

Qaynaq: Ənsariyan, Şeyx Hüseyn; “Niqahi be məqami İmam Huseyn (ə)”, səh. 9.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930