Aşura Qiyamının ilk şəhidi
Mьəllif: admin1
Tarix: 9-07-2022, 09:44
Aşura Qiyamının ilk şəhidi
İmam Hüseynin (ə) əmisi oğlu Müslim ibni Əqil Aşura Qiyamının ilk şəhidi.

Müslim ibni Əqilin zilhiccənin 9-da şəhid edilmişdi. Lakin onun şəhadət xəbəri zil-hiccənin sonunda imama çatdı. İmam Hüseyn Müslim ibni Əqili kufəlilərin çoxsaylı məktublarından sonra İraqa göndərmişdi. Müslim Aşura qiyamının ilk şəhididir.

Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı.

Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi.

Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı.

Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi.

Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəl-möminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi.

Müslim kufəli olmasına baxmayaraq, İmamın fərmanı ilə bura gələndə o artıq öz vətənində qərib idi. Baxmayaraq ki, Muslim birinci dəfə Kufəyə gələndə insanlar onu yaxşı qarşılamışdı və Muslim bunu görcək İmam Hüseynə Kufəyə gəlməyi məsləhət görmüşdü, lakin Ubeydullah ibni Ziyadın Kufəyə vali seçilməsindən sonra hər şey dəyişmiş o tək qalmışdı. O son gecədə Tuəb adlı imamsevər qadının evinə sığındı.

Amma Tuəbin oğlu isə anasının əksinə olaraq, İbn Ziyadın tərəfdarı idi. Tuəbin oğlu Muslimin yerini İbni-Ziyadın adamlarına dedikdən sonra o muhasirəyə alındı.

Bir müddət qarşıdurmadan sonra Muslimə aman veriləcəyi vədi verildi. Amma İbni-Ziyadın əmri ilə Muslim Kufə qəsrinin üstündən yerə atılaraq şəhid edildi.

Amma Müslimin həbs olunması o qədər də asan iş deyildi. Ona görə də İbn Ziyad Qeys qəbiləsindən 60-70 silahlı ayırıb, Məhəmməd ibn Əşəsin tabeçiliyinə verir və Müslimin həbs olunmasını əmr edir.

Muslim beləcə Aşura qiyamının ilk şəhidi oldu. Onun övladlarından bir neçəsi Aşura hadisəsində iştirak edib, şəhadətə yetişdilər.

Onun bu əsirlər karvanında olan digər iki kiçik oğlu Übeydullah ibn Ziyadın göstərişi ilə zindana salındı. Onları zindanda çox incidirdilər. Bir il zindanda qaldıqdan sonra zindanın Əhli-beyt (ə) aşiqi olan bir işçisi onları xəlvəti şəkildə qaçırdı.

Muslim ibni Əqilin şəhadət xəbəri İmama çatanda İmam buyurdu:

"Biz Allahdanıq, ona sarı da qayıdarıq, Bundan sonra dünyada heç bir xeyir qalmadı"

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031