Peyğəmbərin (s) dilindən 12 İmamın adlarının keçdiyi Əhli-Sünnə kitabları
Mьəllif: admin1
Tarix: 9-09-2020, 11:59
Peyğəmbərin (s) dilindən 12 İmamın adlarının keçdiyi Əhli-Sünnə kitabları
Bu əhli-sünnə alimləri öz kitablarında Peyğəmbərin (s) dilindən nəql edərək 12 imamın mübarək adlarını bir-bir qeyd ediblər.

“Məhəmməd Peyğəmbərdən (s) sonar 12 nəfər imam olaraq gələcək” hədisini şiələrlə yanaşı bütün sünni firqələri də qəbul edir.

Bu məsələdə məzhəblər arasında heç bir ixtilaf yoxdur.

Burada əsas ixtilaf 12 nəfərin kimlərdən ibarət olması məsələsidir.

Aşağıdakı Əhli-Sünnə mənbələrində Peyğəmbərin dilindən nəql olunur ki, 12 İmam hazırda şiələrin itaət etdiyi 12 imalardır.

1- Yənabiul-Məvəddət li-zəvil-Qurba, Fəsil-76, Şeyx Süleyman Günduzi (v 1294 h.q)

2- Məqtəlul-Huseyn (səh-95), Muvəffəq bin Əhməd əl-Məkki əl-Xarəzmi (484-567 h.q)

3- Fəraidus-Simtəyn (cil-3, səh-282), İbrahim ibni Məhəmməd əl-Cuveyni (d 644 h.q)

Bu kitablarda 12 imamın adları Peyğəmbərin dilindən ləqəbləri ilə birgə bir-bir keçir . Amma aşağıdakı kitablarda isə 12 imamın Əli, Həsən, Hüseyn və Əlinin nəslindən olan digərlərindən ibarət olduğu bildirilir.

4- əl-İsabə (cild-2, səh-485), İbni Həcər Əsqəlani (773-852 h.q)

5- Hilyətul-Övliya (cild-1, səh-86), Əbu-Nueym əl-İsbəhani, (336-430 h.q) və sair...


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930