Qədir-Xum hadisəsi niyə yaddan çıxdı?
Müəllif: admin1
Tarix: 27-09-2016, 21:42
Qədir-Xum hadisəsi niyə yaddan çıxdı?
Qədir-Xumun yaddan çıxarılmasının səbəbləri tanınmış xətib höccətül-islam vəl-muslimin Möhsin Qiraətinin bəyanında
İslaminSesi xəbər verir ki, həzrət Əlinin vilayətini sübut edən ən məşhur hadisə Qədir-Xum hadisəsidir. Burada yüz mindən artıq müsəlmanın olduğu bildirilir. Qədir-Xumla Peyğəmbərin vəfatı arasında cəmi 70 günün olmasına baxmayaraq, səhabələrdən bir çoxu Qədir-Xumu qulaq ardına vurdular. Bir çoxları, on minlərlə insanın bir hadisəni qulaq ardına vurması və ya unutmasının qeyri-mümkünlüyü deyirlər.

Amma tanınmış xətib Möhsin Qiraəti insanların bu unutqanlığının nədən mənşə aldığını və necə baş verdiyini Quran ayələrinə istinadla belə bəyan edir:

"Soruşurlar ki Qədir-Xum da nə qədər cəmiyyət olub? Deyirik ki, on minlərlə nəfər.

Sual oluna bilər ki on minlərlə insan olub, bəs onların hamısı necə bunu unudub?. Məgər bu ola bilər ki, on minlərlə şəxs Peyğəmbərdən “ Məndən sonra Əlidir” eşitsinlər və Peyğəmbər öldükdən sonra onu unutsunlar.

Bu zaman nə baş verib?

Quran deyir ki bəli mümkündür. Qədir-Xum hadisəsinin Peyğəmbərin vəfatı ilə 70 gün fasiləsi var idi. Bu insanlar Qədir-Xumu 70 gün ərzində unudublar. Amma Quran deyir ki bəziləri verdiyi vədi cəmi bir günə unutdular. Necə ki Yəqub Peyğəmbərin uşaqları sübh vaxtı atasına dedilər ki, Yüsifi ver bizə amma axşam olanda unutdular vədlərini. Bunu Quran deyir.

Onlar “Biz onu sağlam sənə təhvil verəcəyik” deyə Yüsifin təhvil verilməsini vəd vermişdilər.

Onlar sübh vəd verdilər axşama unutdular.

İndi bir insan ki sübh söz verir amma onu axşama unudur. 70 günün içində unutmaz?!.

Yaquba vəd verənlər Peyğəmbər övladları idilər.

Qədir-Xumdakılar Peyğəmbər övladları deyildilər.

Hətta Yüsif qardaşlarına çırtma belə vurmamışdı. Amma Əli Qədir-Xumda (bir çoxlarının) atalarını öldürmüşdü.

Digər bir misal: Həzrət Musa 30 günlüyə getdi Tur-Sina dağına, Onun qalmasına daha on gün əlavə edildi.

Samiri adından bir heykəltəraş gəldi, qızıldan buzov düzəltdi. O Musanın iman gətirmiş camaatına “sizin məbudunuz budur” deyərək, onları azdırdı.
Yəni 10 günə görə Allahpərəstlik buzovpərəstlik oldu."
Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031