Valideynə pis baxanın namazı qəbul olunmaz
Mьəllif: admin1
Tarix: 11-03-2022, 22:59
Valideynə pis baxanın namazı qəbul olunmaz
Ata və ana insan həyatının iki əsl köküdürlər. Onların bir çox sifətləri övladlarına ötürülür. İnsanın valideynə olan ruhi və cismi bağlılığı o qədər çoxdur ki, heç kim onu ayıra və qət edə bilməz.

İmam Əli (ə) buyurur: “Atanın övladı üzərindəki haqqı odur ki, Allahın günahından başqa hər bir işdə onun ardınca getsin”.

Dinimizin zərurətlərindən ən mühümü - valdieynə hörmət və yaxşılıq etməkdir. Bəs valideynə yaxşılıq etmək nədir?

Valideynə yaxşılıq etmək - yəni valdieynlə ünisyyət qurmaq, onları əziyyətə salmamaq, onların hacətini yerinə yetirmək, hər ikisinə ehtiram bəsləmək, mehribanlıq etmək, onlara həmişə xeyir dualar etmək, onlarla gözəl danışmaq və rəftar etməkdir.

İmam Musa Kazım (ə) buyurur: “Bir kişi Peyğəmbərdən (s) soruşur: “Atanın övladı üzərindəki haqqı nədir?”

Buyurur: “Onu adı ilə çağırmasın və ondan irəlidə yol getməsin. Ondan əvvəl əyləşməsin, onun təhqir edilməsinə səbəb olmasın”. (Yəni, elə bir iş görməsin ki, insanlar atasını təhqir etsinlər).

Həzrət Peyğəmbər (s) buyurur: “Ata və anaya yaxşılıq etmək - namazdan, orucdan, həcdən, ümrədən, cihaddan daha üstün və savabı daha çoxdur”.

Həzrət (s) başqa yerdə buyurur: “Ata və ananın üzünə sevgi ilə baxmaq - ibadətdir”.


İmam Sadiq (ə) buyurur: “Hər kim ata və anasının üzünə düşməncəsinə baxarsa, o ikisi ona zülm ediblərsə də belə, Allah namazını qəbul etməz, o ki, qaldı zülm etməsələr necə olar”.

İmam (ə) buyurur: “Əgər Allah ata və ananı incitmək üçün”uf”dan da kiçik bir şey bilsəydi, onu da qadağan edərdi. O, ən kiçik inciməkdir”.

İmam Baqir (ə) buyurur: “Bəni İsrayildə Cərih adlı bir zahid var idi. Sumiyədə ibadət edərdi. Bir gün anası onun yanına gəlir və o, namaz qılırdı.

Oğlunu çağırır, ancaq o, cavab vermir. Anası gedir və yenə gəlir. Onu çağırır və o, anasına diqqət etmir. Qayıdır və üçüncü dəfə gələndə onu çağırıb cavab almayanda geri qayıdır və deyir ki, Bəni-İsrayilin Allahından istəyirəm ki, ona nicat verməsin və yardım etməsin.

Sabah olanda əxlaqsız bir qadın onun yanına gəlir və onu yanında əyləşir və doğum sancısı onu incidirdi. İddia edir ki, bu uşağın atası Cərihdir.

Bəni-İsrayildə bu xəbər yayılır ki, insanları zinadan çəkindirənin özü zina etmişdir. Şah əmr edir ki, onu dara çəksinlər. Anasi gəlir və üzünə vurur.

Cərih anasına deyir: “Sakit ol, mənim bu halım sənin nifrininə görədir”. İnsanlar bu sözü eşidən zaman deyirlər: “Bunu necə sübut edə bilərsən?” Deyir: Uşağı gətirin. Gətirirlər və uşağı götürür və deyir: “Atan kimdir?”

Uşaq dilə gəlib deyir: “Filankəs”. Allah Cərih üçün deyilən bu yalanı aşkar edir. Cərih də and içir ki, anasından ayrılmayacaqdır və ona xidmət edəcəkdir”.


İmam (ə) başqa yerdə buyurur: “Həqiqətən bəndə ata və anasına qarşı həyatda olan zaman yaxşılıq edər, sonra onlar vəfat edərlər. O, valideynlərinin borcunu ödəməz, onların bağışlanmasını istəməz, Allah onu ağvalideyn kimi yazar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ata və ananıza ağ olmaqdan qorxun. Çünki ata və anasının qəzəbinə səbəb olan kəsin burnuna behiştin iyi gəlməz”.

İmam Səccad (ə) buyurur: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Allahın Rəsulu! Elə bir çirkin iş yoxdur ki, onu yerinə yetirməyim. Mənim üçün tövbə varmı?” Peyğəmbər (s) buyurur: atan və anandan kimsə sağdırmı?

Deyir: Atam sağdır. Buyurur: Get və ona yaxşılıq et. Üzünü çevirir ki, getsin, Həzrət (s) buyurur: “Əgər anası olsaydı, tövbəsi tez qəbul olardı”.

Hər bir halda ata və ana bizim təkamülə çatmağımız üçün təbii vasitələrdir. Ona görə də onlara itaət etmək vacibdir.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930